Nicat Abasov Türküstanda liderliyə yüksəldi
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan şahmatçısı Nicat Abasov Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Şahmat Assosiasiyasının çempionatında liderliyə yüksəlib.
İdman.Biz xəbər verir ki, qrossmeysterimiz ikinci turda türkmənistanlı Amanməhəmməd Hommadovu məğlub edib, üçüncü turda isə qazaxıstanlı Denis Maxnevlə heç-heçə oynayıb.
Üç turun yekununda 2,5 xal toplayan Abasov türkiyəli Arda Çamlarla liderliyi bölüşür. Təmsilçimiz əlavə göstəricilərə görə birinci pillədə qərarlaşıb.
Qadınların yarışında Gövhər Beydullayeva ikinci turda qalib gəlib, üçüncü turda isə heç-heçə oynayıb. Üç turdan sonra 2,5 xal toplayan şahmatçımız ikinci yerdədir. Macarıstanı təmsil edən Davaadəmbərəl Nomin Erdene üç xalla liderlik edir.
Veteranların turnirində mübarizə aparan Vüqar Bayramov isə ikinci turda özbəkistanlı İbrahim Kərimova məğlub olub. İlk görüşündə türkiyəli Cüneyt Merti məğlub edən təmsilçimiz iki turdan sonra bir xalla beşinci pillədə qərarlaşıb.
Qeyd edək ki, kişilərin və qadınların yarışları iki dövrədən ibarət dairəvi sistemlə keçirilir və 14 turu əhatə edir.
Baxış sayı:106
Bu xəbər 21 Noyabr 2026 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















