ABB nin dəstəyi ilə “AIREX 2026” sərgisi keçirildi Fotolar
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı Ekspo Mərkəzində Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi olan “AIREX 2026” keçirilib. Müxtəlif ölkələrdən 70-dən çox yerli və beynəlxalq şirkətin iştirak etdiyi sərgiyə ABB də tərəfdaşlıq dəstəyi verib.
“AIREX 2026” mənzil almaq istəyən müştəriləri, daşınmaz əmlaka sərmayə qoymaq istəyən investorları, bu sektorun peşəkarlarını bir araya gətirib. Sərgi ziyarətçilərə yerli və beynəlxalq layihələrlə tanış olmaq, onların xüsusiyyətləri barədə ətraflı məlumat əldə etmək və şirkət nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq imkanı yaradıb.
Sərgi həmçinin daşınmaz əmlak bazarının iştirakçıları arasında peşəkar dialoqun inkişafı, təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi üçün platforma rolunu oynayıb.
Ziyarətçilər ölkəmizdə daşınmaz əmlak sektorunun maliyyələşdirilməsi və ipoteka sahəsində lider mövqedə qərarlaşan ABB-nin bu sahədə yaratdığı imkanlar, dəstəklədiyi layihələrlə də yaxından tanış olublar.
“AIREX 2026” noyabrın 6-a qədər davam edib. Müzakirələrdə Azərbaycanın şəhərsalma perspektivləri, yeni inkişaf layihələri, brend rezidensiyalar, premium yaşayış layihələri, şəhər və məhəllələrin planlaşdırılması, dayanıqlı tikinti, eləcə də maliyyə və texnologiya şirkətlərinin daşınmaz əmlak sektoru ilə əməkdaşlıq imkanları müzakirə edilib.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 07 Noyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















