“ABB Qarabağ FK” kobrend kartını artıq ABB dən sifariş etmək olar
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABB futbol azarkeşlərinin çoxdan gözlədikləri “ABB-Qarabağ FK” kobrend kartını bazara təqdim edib.
Fanat.Az xəbər verir ki, bu kart ABB ilə Qarabağ Futbol Klubu və Mastercard arasındakı tərəfdaşlıq çərçivəsində hazırlanıb.
“ABB-Qarabağ FK” kobrend kartı müştərilərə həm bank xidmətlərindən, həm də Klubun təqdim etdiyi eksklüziv üstünlüklərdən yararlanmaq imkanı verir. Kart sahibləri Qarabağ Futbol Klubunun Avropa oyunlarına biletləri erkən əldə edə, komandanın məşqlərində iştirak edə, məşqdən sonra futbolçularla foto çəkdirə, “Azərsun Arena” və Klub bazasına təşkil olunan turlara qatıla bilərlər.
Bundan başqa, kart sahibləri Qarabağ Futbol Klubunun rəsmi “Fanşop”unda bütün məhsullara, o cümlədən outlet məhsullarına 10% endirim qazanır, xüsusi kampaniya günlərində isə promokod vasitəsilə əlavə 5% endirimdən yararlana bilirlər. Aktiv kart istifadəçiləri aylıq dövriyyələrinə əsasən, 15 AZN dəyərində “Fanşop” hədiyyə kartı qazanmaq imkanı da əldə edirlər.
Kart sahibləri həmçinin “Liv Bona Dea” və “Dreamland” məkanlarında, eləcə də seçilmiş partnyor mağazalarda xüsusi endirimlərdən faydalanırlar.
“ABB-Qarabağ FK” kobrend kartının bütün üstünlükləri ilə buradan tanış olmaq və kartı həm həmin səhifədən, həm də ABB mobile tətbiqindən onlayn sifariş vermək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin Bankın rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 26 İyul 2026 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















