Icma.az
close
up
RU
Abbas Abbasov BMTnin tədbirində iştirak edəcək

Abbas Abbasov BMTnin tədbirində iştirak edəcək

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov BMT-də afrikaəsilli xalqların hüquqlarının müdafiəsi və tarixi ədalətsizliklərin aradan qaldırılmasına dair beynəlxalq tədbirdə iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, dekabrın 2-6 tarixlərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında Afrika əsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyası keçiriləcək. Bu tədbir Afrika əsilli xalqların hüquqlarının müdafiəsi və tarixi ədalətsizliklərin nəticələrinin aradan qaldırılması sahəsində ən əhəmiyyətli beynəlxalq platformalardan biri kimi tanınır.

Sessiya çərçivəsində Bonayre İnsan Hüquqları Təşkilatı (BİHT), Baham adalarının BMT-dəki Daimi Nümayəndəliyi və BMT-nin Afrika Əsilli Xalqların Hüquqları üzrə Ekspertlər İşçi Qrupu tərəfindən “Ədalətin bərpası və müstəmləkəçiliyin aradan qaldırılması: Müstəmləkəyə məruz qalmış ərazilərdə Afrika əsilli xalqların hüquqlarının müdafiəsi” mövzusunda yan tədbir keçiriləcək.

Bu mötəbər beynəlxalq tədbirlərdə Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı Direktoru Abbas Abbasov iştirak edəcək. BTQ, müstəmləkəçilik və onun nəticələrinin aradan qaldırılması sahəsində apardığı layihələri təqdim edərək, müstəmləkə altındakı xalqların hüquqlarının bərpasına yönəlmiş təşəbbüsləri müzakirə edəcək.

Sessiya və yan tədbir Afrika əsilli xalqların tarixən üzləşdiyi ədalətsizliklərə, sosial-iqtisadi bərabərsizliklərə və insan hüquqları sahəsindəki çağırışlara diqqət yetirəcək. Tədbirin əsas məqsədi bu xalqların hüquqlarının bərpasına nail olmaq, beynəlxalq hüquq çərçivəsində maneələri aradan qaldırmaq və uzunmüddətli həll yolları üçün tövsiyələr irəli sürməkdir.

BTQ, sessiyada iştirak etməklə yanaşı, öz fəaliyyətləri, əldə etdiyi nailiyyətlər və qarşıdakı prioritetlərini təqdim edəcək. Təşkilat, müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının beynəlxalq səviyyədə tanınmasına, tarixi ədalətsizliklərin aradan qaldırılmasına və bu xalqların azadlıq mübarizəsinə dəstək vermək məqsədilə fəaliyyətini davam etdirir.

Bakı Təşəbbüs Qrupu Bonayre xalqının müstəmləkəçilikdən azad olma uğrundakı mübarizəsinə mühüm töhfələr verib. Təşkilat, mədəni irsin qorunması, insan hüquqlarının müdafiəsi və beynəlxalq hüquq çərçivəsində konkret həllərin işlənib hazırlanması istiqamətində əməkdaşlıq edir.

Bu fəaliyyətlərin zirvə nöqtəsi olaraq, 2024-cü il avqustun 22-də Bakıda BTQ-nin təşkilatçılığı ilə “Bonayre Adasının Bakıdan Keçən BMT Baş Assambleyasındakı Öz Müqəddəratını Təyinetmə Yolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə Bonayre xalqının azadlıq mübarizəsini təmsil edən nümayəndələrlə yanaşı, Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent Lüsiya, Böyük Britaniya, Meksika və Niderlanddan olan yüksək səviyyəli hökumət rəsmiləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və alimlər iştirak edib.

Konfransda Bonayre xalqının müstəqilliyinə nail olmaq üçün beynəlxalq hüquqi mexanizmlər və bu istiqamətdə BMT-nin Dekolonizasiya Edilməli Ərazilər Siyahısına yenidən daxil edilmək məqsədilə görülən işlər müzakirə olunub.

Bakı Təşəbbüs Qrupunun belə təşəbbüslərdə iştirakı, Azərbaycanın beynəlxalq səviyyədə dekolonizasiya proseslərindəki liderlik rolunu nümayiş etdirir. Bu, həm də ölkəmizin müstəmləkəçilikdən zərər çəkmiş xalqların hüquqlarının bərpasına verdiyi töhfələrin göstəricisidir.

Beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən Bakı Təşəbbüs Qrupunun bu sahədəki fəaliyyəti, müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq və hüquq mübarizəsinə dəstək məqsədilə aparılan qlobal səylərin mərkəzində yer alır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 01 Dekabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1082

Tramp yenidən hərbi əməliyyatlara başlamaq istəmir

01 İyun 2026 08:02see325

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see234

“Əl ağacı, yoxsa vətəndaş?” Pərvanə Bayramqızı yazır

01 İyun 2026 09:00see198

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see187

Ramanada qayınata gəlini qətlə yetirib

01 İyun 2026 18:39see175

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see172

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see161

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see159

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see158

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see158

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see158

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see157

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see156

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see156

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see154

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see154

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see154

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see152

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri