Abbas Abbasov: Qvadelupun Fransadan hüquqi asılılığı onun faktiki əsarət altında olması deməkdir
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Biz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, Qvadelup xalqının öz müqəddəratını təyin etmə hüququnu, onların sosial-iqtisadi inkişafını və mədəni bərpasını dəstəkləməyə davam edəcəyik".
Oxu.Az xəbər verir ki, bu fikri Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr olunmuş "Qvadelupun dekolonizasiyasına doğru! Çağırışlar və perspektivlər" adlı beynəlxalq tematik konfransda Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov deyib.
A.Abbasov bildirib ki, BMT-nin İnkişaf Proqramının (UNDP) 2020-ci il hesabatına əsasən, Qvadelupda işsizlik səviyyəsi 18-20% civarındadır ki, bu da Fransadakı orta göstəricidən üç dəfə yüksəkdir:
"Fransanın həyata keçirdiyi kolonial siyasət nəticəsində Qvadelup əhalisinin böyük bir hissəsi işsizliklə üzləşib. Mədəni sahədə aparılan tədqiqatlar isə Qvadelup xalqının mədəniyyətinin zəiflədildiyini göstərir".
BTQ-nin icraçı direktoru vurğulayıb ki, Qvadelupun Fransadan hüquqi asılılığı onun faktiki əsarət altında olması deməkdir:
"Bakı Təşəbbüs Qrupu olaraq, biz kolonializmin bütün formalarını rədd edirik və Qvadelupun dekolonizasiyasının zəruriliyini bəyan edirik".
Aləmdə Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 25 İyun 2025 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















