Rumıniyalı politoloq 907 ci düzəlişin aradan qaldırılmasını Cənubi Qafqazda sülhə dəstək kimi qiymətləndirib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Buxarest, 27 dekabr, AZƏRTAC
Rumıniyalı geopolitik və təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, professor Vasile Simileanu Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlar fonunda ABŞ-ın “Azadlığa dəstək aktı”na daxil edilmiş 907-ci düzəlişin artıq məntiqi və siyasi əsasını itirdiyini bildirir.
V.Simileanu bildirir ki, hazırkı mərhələdə Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin davam etməsi, kommunikasiyaların açılması məsələsinin gündəmdə olması, ticarət və iqtisadi əlaqələrin bərpası istiqamətində real müzakirələrin aparılması regionda keyfiyyətcə yeni vəziyyət yaradıb. Belə bir şəraitdə, iddia edilən blokadanın mövcud olmadığı açıq şəkildə göründüyü halda, 907-ci düzəlişin qüvvədə saxlanılması ziddiyyətli və əsassız təsir bağışlayır.
Ekspert vurğulayır ki, bu düzəliş müəyyən tarixi dövrün siyasi yanaşmalarının məhsulu olub və həmin dövrün reallıqları ilə şərtlənib. Lakin zaman keçdikcə regionda güc balansı, diplomatik mexanizmlər və təhlükəsizlik arxitekturası ciddi şəkildə dəyişib. V.Simileanuya görə, köhnə siyasi alətlərin dəyişməz saxlanılması nə regional sabitliyə, nə də beynəlxalq vasitəçilik səylərinə xidmət edir.
O bildirir ki, hazırda Cənubi Qafqazda əsas prioritet qarşıdurma deyil, qarşılıqlı etimadın formalaşdırılmasıdır. Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə müzakirələr, nəqliyyat-kommunikasiya xətlərinin açılması və iqtisadi inteqrasiyanın təşviqi regionun gələcək inkişafını müəyyən edən əsas istiqamətlər kimi ön plana çıxır. Bu proseslərin fonunda selektiv məhdudiyyətlərin saxlanılması sülh gündəliyi ilə uzlaşmır.
Ekspertin sözlərinə görə, ABŞ Prezidentinin 907-ci düzəlişin təsirini müvəqqəti dondurması belə onun mahiyyət etibarilə problemli olduğunu göstərir. Lakin V.Simileanu hesab edir ki, müvəqqəti qərarlar strateji baxımdan yetərli deyil. Əgər məqsəd regionda davamlı sülhə və sabitliyə töhfə verməkdirsə, yanaşma da sistemli və ardıcıl olmalıdır.
“Beynəlxalq hüquq və ədalət prinsipləri baxımından bu düzəlişin saxlanılması ikili standart təsiri yaradır. Mövcud reallıqlar isə regional əməkdaşlığı təşviq edən, tərəflər arasında balansı qoruyan və sülh prosesini gücləndirən yeni siyasi qərarların qəbulunu tələb edir”, - deyə professor bildirib.
Nəticə etibarilə, Vasile Simileanu vurğulayır ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam etdiyi, iqtisadi və nəqliyyat əlaqələrinin müzakirə olunduğu bir mərhələdə 907-ci düzəlişin aradan qaldırılması yalnız hüquqi addım deyil, eyni zamanda, Cənubi Qafqazda sülhə real dəstək verən prinsipial siyasi qərar kimi qiymətləndirilməlidir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 27 Dekabr 2025 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















