Icma.az
close
up
RU
Abbas Arakçinin Bakı səfərinin şifrələri Hansı məsələlər gündəmə gələcək?

Abbas Arakçinin Bakı səfərinin şifrələri Hansı məsələlər gündəmə gələcək?

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, İranın xarici işlər naziri Abbas Arakçi dekabrın 7-də Azərbaycana gəlib.

Rəsmi danışıqlar üçün Bakıda olan İranın xarici işlər naziri Seyid Abbas Arakçi bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Bu barədə İranın “Mehr” Agentliyi məlumat yayıb. İran Dövlət Televiziyasının Bakıdan hazırladığı reportajda bildirilib ki, Əliyevlə görüşündən sonra Arakçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla müzakirə aparacaq. 

Arakçının Bakı səfərini zəruri edən əsas amillər hansılardır və səfərin məqsədi nədən ibarətdir?

Bu barədə Moderator.az-a danışan politoloq Turan Rzayev deyib ki, Azərbaycan-İran münasibətlərində müəyyən normallaşma müşahidə olunur:

“Məsud Pezeşkiyan hakimiyyətə gəldikdən  sonra iki ölkə arasında problemlərin həlli istiqamətində ciddi işlər görüldü. Ardıcıl səfərlər təşkil olundu, xüsusən də İran tərəfindən baş tutan səfərlər, o cümlədən cənab Məsud Pezeşkiyanın Azərbaycana səfəri zamanı verilən pozitiv mesajlar, hətta Azərbaycan dilində şeir səsləndirməsi və Azərbaycan kimliyini ön plana çıxarması iki ölkə münasibətlərinin normallaşması istiqamətində atılan ciddi addımlardan biridir. Əlbəttə, iki ölkə arasında qalan problemlər də var və onların həlli üçün danışıqlara ehtiyac var. Azərbaycan regionda hazırda əsas nəqliyyat və enerji layihələrinin hab rolunu oynayır. İstər Şimal-Cənub, istərsə də Şərq-Qərb nəqliyyat dəhlizi Azərbaycandan keçir və bu, rəsmi Bakının geopolitik mövqeyini artıran faktordur. İran tərəfi  bunu yaxşı bilir. Bundan başqa, Rusiya-Azərbaycan münasibətlərindəki soyuqluq və müəyyən gərginlik də İranı narahat edir. Rəsmi Tehran bu soyuqluğun onun layihələrinə və dünya bazarına çıxışına problem yaratmasını istəmir və görünən əsas səbəblərdən biri məhz budur. Bundan əlavə, Xəzər dənizi ticarəti məsələləri və iki ölkə arasında ticarət dövriyyəsi də mühüm mövzulardır və bu məsələlərin müzakirəsinə ehtiyac var”.

Politoloq vurğulayıb ki, digər bir məsələ də İran-Azərbaycan və Azərbaycan-İsrail münasibətləri kontekstindədir:

“Qeyd etmək lazımdır ki, Azərbaycanın İsraillə münasibətləri hər zaman İranı narahat edib və bu məsələ İran tərəfi tərəfindən birmənalı qarşılanmayıb. Məlum olduğu kimi, İranla İsrail arasında gərginlik davam edir və yaxın müddətdə tərəflərin hərbi qarşıdurma səviyyəsinə çatacağı da proqnozlaşdırılır.  Əgər belə bir vəziyyət baş verərsə, Tehran indidən Bakının vasitəçiliyini istəmiş ola bilər. 

Sepahın fəaliyyəti də Azərbaycan tərəfini narazı salıb, xüsusən Azərbaycana qarşı aparılan qarayaxma və PR kampaniyaları. Bundan başqa, İranın uzun illər Azərbaycana qarşı məzhəb və din faktoru üzərindən təsir göstərməyə çalışması da  rəsmi Bakıda narazılıq yaradıb. Hər halda tərəflər arasında müzakirəyə ehtiyacı olan məsələlər çoxdur.

Azərbaycan və İran  arasında əsas mövzu iki ölkə münasibətlərinin mövcud səviyyəsi və inkişaf perspektivləri olacaq. Daha sonra iqtisadiyyat, nəqliyyat, diplomatiya və digər sahələrdə məsələlər müzakirə ediləcək. Yəqin ki, ictimaiyyətə açıqlanmayacaq əsas məsələlərdən biri təhlükəsizlik, regional siyasət, geopolitik əməkdaşlıq və İsrail-İran gərginliyi fonunda Bakının vasitəçilik imkanları ola bilər”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Dekabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri