Icma.az
close
up
RU
Abbas İsmail: Belçikanın məqsədli siyasəti Ruanda cəmiyyətində dərin parçalanma yaratdı

Abbas İsmail: Belçikanın məqsədli siyasəti Ruanda cəmiyyətində dərin parçalanma yaratdı

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Belçikanın kolonializmi təkcə ərazini işğal etməklə kifayətlənmədi, xüsusilə də Ruandada kimlik anlayışının özünü köklü şəkildə dəyişdirdi".

Oxu.Az xəbər verir ki, bunu Beynəlxalq Tədqiqatlar Mərkəzində (CEI-ISCTE) İnteqrasiya edilmiş Tədqiqatçı və Lissaban ISCTE Universiteti İnstitutunda beynəlxalq araşdırmalar üzrə doktorluq namizədi Abbas İsmail Bakıda "Belçika müstəmləkəçiliyi: tanınma və məsuliyyət" mövzusunda keçirilən beynəlxalq konfransda "Təqdimat və məsuliyyət: Simvolik jestlər və təminatlar" mövzusunda aparılan müzakirələr zamanı deyib.

O bildirib ki, Kolonial dövrdən əvvəl Hutu, Tutsi və Tva sabit etnik qruplar deyildilər, daha çox çevik sosial-iqtisadi kateqoriyalar idi:

"Məsələn, varlanan bir Hutu fermer Tutsi ola bilərdi, kasıblayan bir Tutsi isə Hutuya çevrilə bilərdi. Bu proses Kvi Hutura adlanırdı. Yəni o dövrdə kimlik sabit deyil, dəyişkən idi. Mənim həmkarım Yudon da bu məsələyə toxundu, mən isə bunu bir daha vurğulamaq istəyirəm. Bütün bu proseslər o dövrdəki Hamit nəzəriyyəsi ilə idarə olunurdu təəssüf ki, bu təsir bu gün də hiss olunur.

Belçikalılar Tutsiləri "üstün irq" kimi təqdim edirdilər. Deyirdilər ki, onlar avropalılara daha yaxındırlar, boyları uzundur, burunları, gözləri "daha yaxşıdır", Hutu isə "aşağı irqdir".

Əslində bu, bir nəzəriyyə deyil, sadəcə uydurulmuş irqçilik idi. Bu irqçi düşüncə o dövrdə idarəetmənin əsas prinsipinə çevrildi. Belçika hökuməti istisna sistemini institusional şəkildə qurdu.

Tutsi elitası katolik missioner məktəblərində təhsil alır, dövlət idarələrində yüksəlir və Katolik kilsəsi tərəfindən legitimləşdirilirdi. Digər tərəfdən, Hutular təhsildən, siyasi həyatdan və sosial imkanlardan sistematik şəkildə kənarlaşdırılırdılar. Bu, sadəcə idarəetmə deyildi, bu, sosial mühəndislik idi. Bu məqsədli "fərqləri dəyişdirmə" siyasəti Ruanda cəmiyyətində dərin parçalanma yaratdı.

Təəssüf ki, 1962-ci ildə müstəqillik əldə edildikdən sonra bu strukturlar yox olmadı, əksinə, daha da gücləndi. Bu, onilliklər boyu davam edən zorakılığın və nəhayət 1994-cü il soyqırımının təməlini qoydu.

Yəni soyqırım 90-cı illərin təsadüfi hadisəsi deyildi, onun kökü çox daha əvvələ gedir. Məsələn, 1934-cü ildə Belçika bütün əhaliyə şəxsiyyət vəsiqələri tətbiq etdi. Bu vəsiqələrdə insanların "etnik mənsubiyyəti" yazılırdı: Hutu, Tutsi və ya Tva.

O zaman bu, sadə bir idarəçilik qərarı kimi görünə bilərdi. Amma bu təkcə bir sənəd deyil, 60 il sonra ölüm hökmünə çevrildi.

Çünki polislər və ya hərbçilər kimisə yolda və ya evdə saxlayıb "vəsiqəni göstər" deyirdilər. Vəsiqədə "Tutsi" yazılıbsa, bu, ölüm hökmü demək idi. Kolonial təsirin dərinliyi məhz buradadır. Əvvəlcə Belçikalılar Tutsiləri gücləndirdilər. Amma 1950-ci illərdə Afrika ölkələrində müstəqillik hərəkatları başladıqca - Liviya (1951), Tunis, Sudan, Mərakeş (50-ci illər), Qana (1957) və s. - Tutsi millətçiliyi də yüksəlməyə başladı.

Tutsilər müstəqillik istəyirdilər, lakin Belçikalılar buna icazə vermədilər. Onlar kursu tamamilə dəyişdilər, bu dəfə Hutuları dəstəkləməyə başladılar. Bu, "demokratikləşmə" kimi təqdim olundu, amma əslində bu, sadəcə növbəti kimlik manipulyasiyası idi - məqsəd Belçikanın təsirini qorumaq idi. Tədqiqatçılar bu prosesi "kolonial çevrilmə" adlandırırlar. Yəni Tutsilər imtiyazlarını itirdilər, Hutu isə hakimiyyət qazandı, amma sistem dəyişmədi.

Siyasət etnik xətt üzrə qurulmağa davam etdi. Bu isə Ruandanı kökündən sabitsizləşdirdi. Müstəqillik də bu kolonial məntiqi aradan qaldırmadı, sadəcə yeni benefisiarlar yaratdı. Bu bölünmə irsi sonrakı onilliklərdə də davam etdi - etnik kvotalar, azlıqlara qarşı zorakılıq dalğaları və diskriminasiya dövrləri ilə. Ona görə də məsuliyyətin tanınması təkcə 1994-cü il soyqırımını törədənlərə aid olmamalıdır o, köklərinə, yəni kolonial keçmişə qədər uzanmalıdır".

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:33
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Oktyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see494

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see222

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see207

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see203

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see196

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see193

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see186

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see182

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see179

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see168

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see150

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see148

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri