Icma.az
close
up
RU
Abbas Pənahov: Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi

Abbas Pənahov: Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycanın Vedi rayonunun Böyük Vedi qəsəbəsinin icma sədri Abbas Pənahov olub. O, ata-baba yurdu haqqında geniş məlumat verib.

İcma sədri bildirib ki, Böyük Vedi İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi rayonunda əvvəlcə kənd yaşayış məntəqəsi, sonralar isə şəhər tipli qəsəbə olub. Müsahibin sözlərinə görə, sonradan Vedi rayonunun mərkəzinə çevrilən bu yaşayış məntəqəsinin adı 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilib.

A.Pənahov söyləyib ki, çar Rusiyası Qərbi Azərbaycanı - İrəvan xanlığını işğal etdikdən sonra bu ərazidə əhalinin, həmçinin daşınar və daşınmaz əmlakın dəqiq siyahıyaalınmasını həyata keçirib. İvan Şopen tərəfindən 1832-ci ildə aparılan bu siyahıyaalmada göstərilib ki, sözügedən kənddə 131 ailədə 799 azərbaycanlı (441 kişi, 358 qadın) və cəmi 2 ailədə 15 erməni (9 kişi, 6 qadın) yaşayıb. Həmin 15 nəfər İrəvan xanlığının Rusiya tərəfindən işğalına qədər Vedibasar mahalının bütün ərazisində yaşayan yeganə ermənilər olub. Bu faktın özü bir daha sübut edir ki, Qərbi Azərbaycanın bütün əraziləri, o cümlədən Böyük Vedi tarixən Azərbaycan türklərinin yaşadığı kənd olub.

Ötən əsrin əvvəlində Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı törətdiyi faciələrdən söhbət açan A.Pənahov deyib ki, 1918-ci ildə Andranik, Dro və Njdenin rəhbərlik etdiyi silahlı erməni quldurları Vedi rayonunda dinc insanları kütləvi şəkildə qətlə yetiriblər. Bolşevik libasına bürünən daşnaklar 1920-ci ildən sonra da müxtəlif vasitələrlə soydaşlarımızı fiziki-mənəvi zorakılığa məruz qoyub, qəddarlıqla öldürüblər. 1948-1953-cü ilin deportasiyasında isə Stalinin qərarı ilə Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsi məsələsi gündəmə gəlib. O zaman dövlət xadimi Mir Cəfər Bağırovun Stalinlə birbaşa təması sayəsində soydaşlarımız Orta Asiya çöllərinə deyil, indiki Azərbaycanın müxtəlif rayonlarına köçürülüblər. Lakin bu köçürülmə prosesi də çoxsaylı insan tələfatına yol açıb, soydaşlarımıza qarşı qeyri-insani rəftarlarla müşayiət olunub.

A.Pənahov babasının, nənəsinin söylədiklərinə istinad edərək vurğulayıb ki, sovet hakimiyyəti illərində Qərbi Azərbaycandakı soydaşlarımız dövlət səviyyəsində ən müxtəlif formada ayrı-seçkiliklə üzləşiblər. Bütün bu hadisələr 1988-ci ildə Qərbi Azərbaycandakı həmvətənlərimizin ata-baba yurdlarından tamamilə deportasiyası ilə nəticələnib. Böyük Vedidən olan soydaşlarımız Bakı və Naxçıvanda məskunlaşmaq məcburiyyətində qalıblar.

Müsahib sonda qeyd edib ki, nəinki deportasiyaya məruz qalan Böyük Vedi sakinləri, hətta bu yaşayış məntəqəsini ümumiyyətlə görməyən gənclər də tarixi torpaqlarımıza qayıtmaq istəyirlər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Abbas Pənahov: "Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Aprel 2025 02:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri