Icma.az
close
up
RU
Səhnəmizin kralı Faiq Ağayev Orxan Saffari yazır…

Səhnəmizin kralı Faiq Ağayev Orxan Saffari yazır…

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bəlkə də, Azərbaycan mədəniyyətində çatışmayan ən vacib bir məsələ məhz elitanın olmamasıdır.

Qəribədir, nədənsə, yaradıcı adamlarımız elita ola bilmir, həm əməlləri, həm danışıqları, həm də elə oxumaqları ilə əksərən məişət müstəvisində var-gəl edirlər.

Bu mənada, Faiq Ağayev Azərbaycan musiqisinin tək-tük elita ola bilən şəxslərindəndir.

O, Azərbaycan estradasının kralıdır.

O, ömür uzunu “manıs” olmayan, kübarlıq, intellekt nümunəsidir.

O, kütlənin arxasınca gedən yox, kütləni arxasınca aparan sənətkardır.

Xüsusilə müasir dövrdə Azərbaycan musiqisinə səviyyə, sanbal gətirmək asan iş deyil.

Faiq Ağayevin bir missiyası da məhz budur.

Azərbaycan musiqisində bir Faiq Ağayev var, ancaq elə çatışmayan məsələ də Faiq Ağayevlərin olmamasıdır.

Zaman dəyişdi, ritmlər sürətləndi, aranjimanlar ucuzlaşdı, amma o, öz tonalitesini qorudu.

Faiq Ağayev bu mənada təkbaşına orkestr musiqisidir.

O, tək bir alətin səsi deyil. Onun davranışında skripkanın intizamı, fortepianonun ölçüsü, nəfəsli alətlərin məsafəsi var.

Onun orkestr olması da təsadüf deyil. Çünki orkestr səsin çoxluğu yox, məsuliyyətin bölgüsüdür. Hər alət öz yerini, öz vaxtını, öz həddini bilir.

Faiq Ağayevin sənətində də bu hədd anlayışı var. O, heç vaxt səsinin gücünü mədəniyyətin əvəzinə qoymadı. Gücü intonasiyaya tabe etdirdi, populyarlığı zövqün altına saldı.

Bu isə estradada nadir haldır: adətən zövq populyarlığın ardınca sürünür.

Odur ki, yaşasın səhnəmizin kralı, heç zaman köhnəlməyən Faiq Ağayev.

Yaşasın ki, Azərbaycan musiqisinin də nəfəsi yenilənsin.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Dekabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see189

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see158

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see150

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see144

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see134

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri