Icma.az
close
up
RU
Abbasovu ermənilər varlandırıb? Xanımının adını dəyişdi, qaynanası isə... İnanılmaz detallar

Abbasovu ermənilər varlandırıb? Xanımının adını dəyişdi, qaynanası isə... İnanılmaz detallar

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovla bağlı Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev və digərləri barəsində “hakimiyyəti ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə aparılan cinayət işi üzrə istintaq çərçivəsində maraqlı detallar müəyyən edilib.

Məlumata görə, Abbas Abbasovun qayınanası 1924-cü il Şəmkir rayonunun Borum kəndində doğulmuş Göharik Voskanovna adlı erməni olub, sonradan adı Gövhər olaraq dəyişdirilib və Gəncədə həyat yoldaşı Mobil Quluyevin yanında dəfn edilib. Abbas Abbasov baş nazirin birinci müavini olduqdan sonra erməni qaynanası məcburən islam dinini “qəbul edib”. İddialara görə, o, vəfat etməmişdən öncə isə erməni qohumlarının adlarını sadalayaraq, Ermənistanda dəfn olunmağını vəsiyyət edib. Abbasov sevimli qaynanası vəfat edəndə belə Azərbaycana gələ bilməyib.

Abbas Abbasov həyat yoldaşı Bella Nobilovnanın (Nobil qızı) da adını dəyişdirərək Bilqeyis qoyub. O, Xarici Dillər Universitetində çalışıb, 1995-ci ildən sonra fəaliyyətini praktiki olaraq dayandırsa da, iş cədvəlinə uyğun olaraq maaş alıb. On il ərzində qiyabi şəkildə elmlər namizədi olub, dosent adına yiyələnib. Onun akademik fəaliyyəti ilə bağlı şübhəli məqamlar olduğu iddia edilir.

Ermənilərlə qohumluğu Abbasovun biznes fəaliyyətində də rol oynayıb. İddialara görə, onun Ermənistan və Rusiyada biznes əlaqələri var.

Globalinfo.az-a danışan deputat Bəhruz Məhərrəmov deyib ki, ötən dövrün təcrübəsi göstərir ki, Azərbaycan Respublikasının vətəndaşlarına və ölkənin maraqlarına, mənafelərinə qarşı cinayət törətmiş və yaxud bu kimi əməllərdə şübhəli bilinən heç bir şəxs cinayət təqibindən və təqsiri sübut olunduğu halda isə cəzadan kənarda qalmır:

“Eyni zamanda heç bir beynəlxalq subyekt bu kimi ictimai təhlükəli xarakter daşıyan əməllərin törədicisinin himayəçisi qismində sonadək özünü doğrultmur. Ramiz Mehdiyev barəsində başlanmış cinayət təqibi çərçivəsində araşdırmaların Azərbaycan Respublikasının Baş nazirinin keçmiş birinci müavini Abbas Abbasova uzanması və onun şübhəli şəxs qismində axtarışa verilməsi fonunda da, əminliklə demək olar ki, adıçəkilən şəxsin cinayət təqibindən yaxa qurtarması hər hansı formada mümkün olmayacaq. Əgər kimsə Abbasovun Rusiya tərəfindən himayə olunaraq cinayət təqibindən yayına biləcəyinə dair eyforiyalara qapılırsa, yanılır. Heç şübhəsiz, Rusiya aidiyyəti istiqamətdə hüquqi bazisə və əlaqəli müqaviləyə malik olduğu Azərbaycanla münasibətlərini hansısa keçmiş məmura qurban verə bilməz”.


Bəhruz Məhərrəmov

Deputat bildirib ki, ötən ilin dekabrında Azərbaycan təyyarəsinin vurulması ilə əlaqədar müşahidə olunan gərginliyin ardınca Rusiya rəhbərliyinin ən ali səviyyədə Bakıdan üzr istəməsi qeyd olunan arqumentləri daha da gücləndirir:

“İndiki məqamda Abbas Abbasov vəziyyəti düzgün təhlil etməli və cinayət təqibi orqanları ilə əməkdaşlıqdan yayınmamalıdır. O unutmamalıdır ki, Azərbaycan dövlətinin, həmçinin istintaq orqanlarının əsas vəzifəsi kimisə cəzalandırmaq yox, törədildiyi ehtimal olunan cinayətlərin araşdırılması və ictimai təhlükəli əmələ görə şəxsin təqsirli olub-olmadığını müəyyən etməkdir. Bu baxımdan könüllü şəkildə cinayət təqibi orqanlarının çağırışlarına müsbət reaksiya verərək istintaqla əməkdaşlıq etmək ən doğru yoldur və hətta təqsiri məhkəmə qaydasında sübut olunduqdan sonra belə cəza tətbiq edilərkən şəxsin istintaqla əməkdaşlığı cəzanı yüngülləşdirən hallardan biri kimi nəzərə alına bilər.

Abbasovun qeyd olunan hüquqi imkanları nəzərə almayaraq istintaqdan yayınmaqda davam etməsi ona müsbət heç nə vəd etmir”.

Siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Prezident Administrasiyasının kecmiş rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsindən sonra heyrət doğuran məlumatlar üzə çıxır:

“Ölkəmizin idarə olunmasında mühüm dövlət vəzifələri tutmuş şəxslərin ikili fəaliyyətinin ağır nəticələri illər boyu hiss edilib. Bütün bunların səbəbi isə indi bəlli olur.

Ermənistanla müharibə şəraitində olduğumuz dövrdə ermənilərlə qohumluğu olan şəxslərin milli maraqlara zərbə vuran əməlləri, həqiqətən qəbul edilməzdir. Yəni qohumluq əlaqələri insanı dövlətinə, xalqına qarşı bu qədər, yumşaq desək, ögey münasibət bəsləməyə vadar edə bilərmi! Axı onlar Azərbaycan dövlətinin sayəsində yüksək mövqe qazanıb, vəzifə əldə ediblər. Bunun müqabilində xəyanət etmək nə dərəcədə doğrudur?! Bu, insani keyfiyyətlərin itirilməsi deməkdir.


Mütəllim Rəhimli 

Təbii ki, xəyanət bağışlana bilməz. Ona görə də hüquq-mühafizə orqanları ölkəmizdə baş vermiş bu prosesi dərindən araşdırmalıdır. Çox güman ki, bu, böyük bir şəbəkənin işidir. Onlar bütün sahələrdə və istiqamətlərdə milli maraqlara və təhlükəsizliyə zərbə vurublar. İstintaq davam etdikcə, bir çox mətləblərə aydınlıq gətirilir. İnanıram ki, günahkarlar layiqli cəzalarını alacaqlar”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see628

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see258

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see234

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see213

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see212

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see212

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see192

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see187

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see177

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see170

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see169

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see168

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see156

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see154

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see152

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see150

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri