“Abbasqulu ağa Bakıxanov və millimənəvi dəyərlər” elmi sessiya AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 17 dekabr, AZƏRTAC
AMEA-nın Folklor İnstitutunda “Abbasqulu ağa Bakıxanov və milli-mənəvi dəyərlər” mövzusunda elmi sessiya keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Folklor və yazılı ədəbiyyat şöbəsinin təşkilatçılığı ilə gerçəkləşən elmi sessiya böyük mütəfəkkir və maarifpərvər alim Abbasqulu ağa Bakıxanovun anadan olmasının 230 illiyinə həsr edilib. Tədbirdə institutun direktor müavini vəzifəsini icra edən dosent Afaq Ramazanova böyük alim, istedadlı şair və tərcüməçi Abbasqulu ağa Bakıxanovun bədii və elmi yaradıcılığı barədə danışıb.
Elmi seminarda “Abbasqulu ağa Bakıxanovun əsərlərində ailə və övlad tərbiyəsi”, “Abbasqulu ağa Bakıxanovun yaradıcılığında maarifçilik ideyası və milli özünüdərk”, “Gülüstani-İrəm” əsərində və xalq yaradıcılığında vahid vətən mövzusu” haqqında məruzələr dinlənilib.
Sessiyada, həmçinin “Carçı ekspress” jurnalının builki 6-cı nömrəsini Abbasqulu ağa Bakıxanovun 230 illik yubileyinə həsr olunduğunu vurğulanıb və həmin jurnal institutun kitabxanasına hədiyyə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 17 Dekabr 2024 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















