Icma.az
close
up
RU
ABBnin təşkilatçılığı ilə ölkəmizdə ilk Data və Süni İntellekt Sammiti keçirildi!

ABBnin təşkilatçılığı ilə ölkəmizdə ilk Data və Süni İntellekt Sammiti keçirildi!

Icma.az bildirir, Modern.az portalına istinadən.

9 dekabr 2024-cü ildə Azərbaycanda ilk dəfə Data və Süni İntellekt Sammiti baş tutub. ABB-nin təşkilatçılığı ilə keçirilən Sammitə Azərbaycandan və xaricdən 250-dən çox iştirakçı qatılıb.

Sammitin spikerləri və panel müzakirələrinin iştirakçıları sırasında ABB ilə yanaşı, Rəqəmsal İnkişaf və İnnovasiyalar Agentliyinin, Böyük Britaniyanın Centrica şirkətinin, “Harvard Business Review” (Türkiye) jurnalının, EY Türkiyə şirkətinin, Azercell şirkətinin, Türkiyə İş Bankının, Mc Kinsey şirkətinin, Mastercard beynəlxalq ödəniş şirkətinin və başqa qurumların rəhbər təmsilçiləri də olub.

Belə bir tədbirin təşkilində məqsəd data icmasının təmsilçilərini bir araya toplayaraq təcrübə mübadiləsi aparmaq, yeni trendləri öyrənmək, qarşılıqlı əməkdaşlıqlar qurmaqdır.

Sammitdə data analitikanın və süni intellektin gələcəyi, rəqəmsal texnologiyalarla müştərilər üçün yeni təcrübələrin yaradılması və s. mövzularda təqdimatlar dinlənib. Süni intellekt dövründə data əsaslı qərarvermə mədəniyyətinin formalaşdırılması mövzusunda panel müzakirələri aparılıb. Ayı-ayrı biznes sektorlarında, o cümlədən bankçılıqda datalardan effektiv istfadə ilə bağlı maraqlı keys həlləri təqdim edilib.

Sammitdə ABB-nin data texnologiyalarından istifadə sahəsində əldə etdiyi təcrübə barədə də ətraflı məlumat verilib, “ABB AI Factory” haqqında söhbət açılıb.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Müştərilər üçün data əsaslı rəqəmsal təcrübənin yaradılması ABB-nin əsas strateji hədəflərindəndir. ABB-də son 2 ildə yaradılmış süni intellekt modellerimizin sayı 125-ə çatıb. Bankımızda artıq müxtəlif sahələrdə 32 Süni İntellekt tətbiq ssenarisi (Use-case) uğurla həyata keçirilir, süni intellekt qərar vermə sürətimizi və dəqiqliyimizi artırır. Biz öz modellərimizin bizə gətirdiyi faydaları da ölçə bilirik, son 2 ildə süni intellekt modelləri ABB-yə 20.4 milyon manatlıq birbaşa müsbət maliyyə təsiri yaradıb”.

Onun sözlərinə görə, son 2 ildə süni intellekt həlləri Bankın aktiv riteyl müştərilərinin sayını 63% artırıb. Data texnologiyalarından istifadə sayəsində müştərilərə daha yaxşı təcrübələr təqdim edə bildiyinə görə ABB-nin müştəri məmnuniyyəti göstəricisi (NPS) də son bir neçə ildə 48-dən 76.8-ə yüksəlib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:256
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Dekabr 2024 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri