Icma.az
close
up
RU
Abdullah Ağar: Kürdcənin “rəsmi dil” halına gətirilməsi ayrılığı və parçalanmanı institutlaşdırır

Abdullah Ağar: Kürdcənin “rəsmi dil” halına gətirilməsi ayrılığı və parçalanmanı institutlaşdırır

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Demokratiya, azadlıq, mədəni hüquqlar kimi maskalar altında Kürdcənin “təhsil dili – rəsmi dil” olmasını dilə gətirənlər, dəstəkləyənlər, bilə-bilə və ya bilmədən, Türkiyənin sabitliyinin pozulmasına, parçalanmasına və türk ilə kürdün düşmənləşməsinə xidmət edirlər".


Bu sözləri Sherg.az-a açıqlamasında Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar bildirib. 


Onun sözlərinə görə, hər kəs öz bölgəsində, özəl həyatında istədiyi dili, ləhcəni, şivəni danışa bilər:

"Bu, bir zənginlikdir. Ancaq belə bir zənginlik düzgün yerdə dəyər olduğu kimi, yanlış yerdə isə zəhərə çevrilə bilər. Əgər Kürdcə ümumi sistemə zorla gətirilərsə, digər tələblər də ardınca gələcək. Bu zaman artıq dövlət sistemində dəlik açılmış olacaq. Əslində bütün bu baş verənlər cəmiyyətin parçalanması, düşmənləşdirilməsi və ölkənin bölünməsi naminə aparılan gizli bir əməliyyatdır. Ontoloji simsarlarsa bunu planlayır və idarə edir. Saf, cahil, hiyləgər, fürsətçi və mənfəətpərəstlər də bu işdə alət kimi istifadə olunur. Bunu ən yaxşı şəkildə dağıdıcı, bölücü, separatçı terror təşkilatı YPG/KCK/PKK və onların əlində oyuncaq olan “kurnaz kürdçülər” bilir. Ən yaxın nümunəsi İraq və Suriyadır. Dil üzərindən edilən təzyiqlər vahid dövlət quruluşunu, ortaq məqsədi, hüquq sistemini, ordunu və birlikdə yaşamaq arzusunu dərin uçurumlara və qopmalara sürükləyib".


Ekspert əlavə edib ki, “Kürdcə” adı altında vahid bir əsas dil yoxdur:

"Türk, ərəb, fars və digər qədim dillərin təsiri ilə formalaşmış Sorani, Behdinani, Kırmançi kimi bir-birindən fərqli, hətta çox zaman bir-birini başa düşməyən müxtəlif dialektlər mövcuddur.  Kürdcənin “rəsmi dil” və ya “təhsil dili” halına gətirilməsi ayrılığı və parçalanmanı institutlaşdırır. Dil, dövlətin daşıyıcı sütunudur. Bu sütun dağılsa, sistem çökər; millətin ortaq kimliyi əvvəlcə çatlayar, sonra dağılaraq yox olar. Türkcə bizi bölmür, əksinə BİRLƏŞDİRİR. Türkcə – bu coğrafiyanın damını daşıyan əsas tir, hamımızı eyni evdə tutan ortaq səsimizdir. Türkcə bu coğrafiyanın gələcəyidir. Bunu da ən yaxşı, dağıdıcı-bölücü terror təşkilatı YPG/KCK/PKK və onların əlində alət olan çoxbilmiş kürdçülər, həmçinin onları yönləndirən imperialist, xaosçu və müstəmləkəçilər bilir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Avqust 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri