Icma.az
close
up
RU
Abdullayev: “Liqanın ləğvi ilə bir çox futbolçunu itirə bilərik”

Abdullayev: “Liqanın ləğvi ilə bir çox futbolçunu itirə bilərik”

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Neftçi”nin əvəzedici komandası çempionatda 31 turdan sonra 62 xalla liderdir. “Ağ-qaralar” son turda səfər oyununda “Qarabağ” üzərində inamlı qələbəyə sevinib – 3:0.

Komandanın baş məşqçisi Rəşad Abdullayev “Futbolpress.az“a açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:

“Qələbə hamımızı sevindirdi. Bu görüşün mahiyyəti fərqli idi. “Qarabağ” və “Neftçi” duelləri həmişə maraqlı, gərgin keçir. Hər iki komandanın futbolçuları yaxşı oyun göstərir. Komandama inanırdım. Əvəzedici komandaya baş məşqçi təyin ediləndən hələ “Qarabağ”a uduzmamışıq. Vacib üç xal qazandıq. Nəticədən çox futbolçularımın sərgilədiyi oyun məni sevindirdi. Xarakter göstərdilər, yaxşı qollar vurduq. Həm hücumda, həm müdafiədə diqqətli olduq. Bu görüşdə qələbə vacib idi. Son turlarda yaxşı çıxış etmirdik və ötən tur “Zirə”yə məğlub olmuşduq. Futbolçular vəziyyəti dərk edirdi. İkinci pillə ilə aramızda bir xallıq fərq var idi və bunu davam etdirmək istəyirdik. “Qarabağ” üzərində qələbə komandanın özünəinamı baxımından da çox vacib idi”.

Əvəzedicilər Liqasının ləğvi gündəmdədir. Yeni mövsümdə legioner limiti də aradan qaldırılacaq və bu, yerli oyunçular üçün təsirsiz ötüşməyəcək. Bunun fonunda əvəzedicilərin ləğvi gənclər üçün zərbə ola bilər. Abdullayev bu məsələyə də toxundu:

“Əvəzedicilər Liqasının ləğvi haqda dəqiq məlumat yoxdur. Bu çempionatın olması müsbət məqamdır. Çünki bir çox futbolçular burdan əsas komandaya gedib. İndi əsas heyətdə olan Rza Cəfərov, Murad Məmmədov, Ağadadaş Salyanski kimi oyunçular var. Rza qapıçıya ehtiyac olduğu halda şans qazandı və milliyə dəvət aldı. Əsas komandanın heyətlə bağlı problemləri olanda bizə müraciət edirlər. Demək olar, hər dəfə bizim oyunçulardan Premyer Liqa matçında olur. Hər əsas komandanın əvəzediciləri də olmalıdır. Əsas komandadakı oyunçu çatışmazlığı burdan həll oluna bilər. Liqanın ləğvi ilə bir çox futbolçunu itirə bilərik. Çünki onlar burda oynamaqla əsas komandaya yüksəlməyi hədəfləyir”.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 22 Aprel 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri