Icma.az
close
up
RU
Dini lider dövlət idarəetməsini prezidentə verməlidir

Dini lider dövlət idarəetməsini prezidentə verməlidir

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qüdrət Həsənquliyev: "Pezeşkian İranı yaxşıya doğru dəyişmək gücünə sahibdir"

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Xalqcəbhəsi.az müsahibəni təqdim edir:

-Qüdrət bəy, İranda baş verənləri şərh etməyinizi xahiş edərdik...

-Pezeşkian prezident seçiləndə mətbuata verdiyim müsahibələrdə həmişə vurğulayırdım ki, bu bəlkə də İranın dinc yolla inkişafı üçün son şansdır. İranın dini lideri Pezeşkianı müdafiə etməli, ona ciddi islahatlar həyata keçirmək imkanı yaratmaladır. Biz qonşu İranın dinc, təkamül yolu ilə inkişafını istəyirik.
Baş verənlərdən çox təəssüf hissi keçirirəm. Söyləmişdim ki, İranda prezidentin səlahiyyəti bizdə baş nazirin səlahiyyəti qədərdir. Çoxları tərəfindən sinik bir filosof, nəzəriyyəçi kimi tanınan, insan təbiətinin və dövlətin idarəolunma nəzəriyyəsinin böyük bilicisi Makiavelli yazırdı ki, dövlət başçısı yalnız güclü şəxslərlə uğurlar qazana bilər, dövlət başçısından qorxu insanları xəyanətdən çəkindirir, amma qorxu nifrətə çevriləndə insanlarda qisas hissi baş qaldırır və o zaman hakimiyyət çökür. Onun dedikləri bu gün İranda baş verir. İnhisarçılıq, korrupsiya, hüquqsuzluq, vəzifələrə təşəbbüskar, strateji düşünmə qabiliyyəti olmayan, bacarıqsız insanların şəxsi sədaqət prinsipi ilə irəli çəkilməsi cəmiyyətdə böyük sosial ədalətsizlik yaradıb. Vaxtında tədbirlər görülməməsi səbəbindən insanlar su və ərzaq problemi ilə üzləşib. İqtisadi və hərbi gücə əsaslanmayan təkəbbürlü xarici siyasət, xaricdə böyük maliyyə vəsaiti tələb edən proksi qüvvələrin saxlanılması ölkəyə sanksiyalar tətbiqinə səbəb olub, iqtisadiyyata xarici investisiya cəlbinin qarşısını alıb.
Vəziyyətdən çıxmaq üçün dini lider dərhal islahatlara başlanılması barədə göstəriş verməli, dövlət idarəetməsini qanuni yolla xalq tərəfindən seçilmiş prezidentə verməlidir.

-Tramp bəyan edib ki, İranda xalqa divan tutulsa ABŞ dinc etirazçıları müdafiə edəcək. Bu hansı formada ola bilər?

-Düşünürəm ki, bu daha çox etirazçıları ruhlandırmaq üçündür. Amma siyasi qərarların qəbul olunduğu dövlət idarələri də bombalana bilər.

-Azərbaycanlılara divan tutularsa biz necə davranmalıyıq?

-Prezident Yeni ilin gəlişi ilə əlaqədar xalqa müraciətində dedi ki, Azərbaycan dövləti dünyanın harada yaşamasından asılı olmayaraq heç bir azərbaycanlının taleyinə biganə qalmayıb və bundan sonra da qalmayacaq.
Əgər İranda mərkəzi hakimiyyət çöksə və türklərə qarşı soyqırımı və ya etnik təmizləmə həyata keçirilərsə, o zaman biz dərhal BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmalı, Tükiyə və digər türk respublikaları ilə birlikdə hərəkət etməliyik. Biz azərbaycanlılara özlərini müdafiə etmələri üçün silah verə, yaxud qırğınların qarşısını almaq üçün silahlı qüvvə yeridə bilərik. Ümid edirəm hadisələr o həddə gəlib çatmaz və İranda böyük islahatlara başlanılar. Pezeşkian İranı yaxşıya doğru dəyişmək gücünə sahibdir. Sadəcə, mollaların siyasətdən bir az kənara çəkilməsi və onu müdafiə etməsi lazımdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 02 Yanvar 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see293

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see275

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see268

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see252

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see250

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see219

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see211

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see205

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see204

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see196

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see186

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see186

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see185

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see183

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see180

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see178

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see175

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see167

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see163

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri