Icma.az
close
up
RU
Abituriyentlərin ən çox seçdiyi İXTİSASLAR

Abituriyentlərin ən çox seçdiyi İXTİSASLAR

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Məlumdur ki, bu il ixtisas seçimində abituriyentlər arasında gərgin mübarizə getdi. Bəzi ixtisasların keçid balı da bu səbəbdən müəyyən dərəcədə artdı.

Həmçinin, müəyyən ixtisaslar var ki, uzun illərdir abituriyentlərin marağını cəlb edir. Ancaq nəzərə alsaq ki, texnologiya və əmək bazarı günü-gündən sürətlə inkişaf edir və dəyişir, maraqlıdır ki, bu il abituriyentlər arasında qruplar üzrə ən çox seçilən ixtisaslar hansılar oldu?

Redaktor.az azedu.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu il ixtisas qrupları üzrə ən çox seçilən ixtisaslar müvafiq olaraq belə olub:

Birinci ixtisas qrupu - informasiya təhlükəsizliyi, data analitikası, informasiya texnologiyaları, kompüter mühəndisliyi, o cümlədən proseslərin avtomatlaşdırılması mühəndisliyi, mexatronika, robot texnika mühəndisliyi. Həmçinin bəzi pedaqoji ixtisaslar, burada daxildir: riyaziyyat-informatika müəllimliyi, riyaziyyat müəllimliyi, kimya və neft-qaz mühəndisliyi. Əsasən abituriyentlər bu ixtisaslara üstünlük verib.

İkinci ixtisas qrupu - həmişə olduğu kimi maliyyə, iqtisadiyyat, biznesin təşkili, o cümlədən beynəlxalq ticarət və logistika ixtisaslarına daha çox üstünlük verilib.

Üçüncü ixtisas qrupu -  əsasən üstünlük verilən ixtisas hüquq ixtisası olub, o cümlədən jurnalistika, həmçinin pedaqoji ixtisaslar - Azərbaycan dili, ədəbiyyat müəllimliyi, ingilis dili müəllimliyi, həmçinin burada daxildir tarix müəllimliyi ixtisası. Digər üstünlük verilən ixtisaslar isə tərcümə və Çin dili olub.

Dördüncü ixtisas qrupu - həmişə olduğu kimi tibb və stomatoloji ixtisaslara daha çox önəm verilib. Sonraki sırada biotexnologiya və psixologiya ixtisasları yer alır. Digərləri isə əsasən pedaqoji ixtisaslardan – biologiya-kimya müəllimliyi və ya kimya-biologiya müəllimliyi olub. Əsasən bu ixtisaslara üstünlük verilib.

Beşinci ixtisas qrupu – həmişə olduğu kimi ən çox üstünlük verilən ixtisas dizayn olub, həm qabiliyyət tələb edən, həm də qabiliyyət tələb etməyən. O cümlədən fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlıq müəllimliyi və həmçinin idman yönündə digər ixtisaslar - məşqçilik və s.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Sentyabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri