Icma.az
close
up
RU
Abituriyentlərin NƏZƏRİNƏ İmtahan sualları ilə bağlı YENİLİK var

Abituriyentlərin NƏZƏRİNƏ İmtahan sualları ilə bağlı YENİLİK var

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Buraxılış imtahanlarının keçiriləcəyi vaxt yaxınlaşdıqca həm 9-cu, həm də 11-ci siniflər arasında həyəcan artır. İmtahan sualları ilə bağlı ilkin proqnozlar verilsə də, abituriyentləri həyəcanlandıran və maraqlandıran əsas məsələ məhz bu il sualların asan və ya çətin olacağı məsələsidir.
 

MÖVZU İLƏ BAĞLI:
Dili bilməyən tələbələr ingilis bölməsində necə oxuyur? - VİDEO


Mütəxəssislər isə fərqli fikirlərlə çıxış edirlər. Bəzilər bu ilki imtahan suallarında bir çox yeniliklərin olacağaını da istisna etmirlər.
Bizim.Media-ya mövzu ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi ilk olaraq 9-cu siniflərin  buraxılış imtahanı barədə fikirlərini qeyd edib. O, deyib ki, bu il 9-cu sinif xarici dil imtahanında şəkillər əsasında mətnlərin qurulması kimi yeniliklərin şagirdlərin balına təsiri olacaq:
“9-cu siniflər üçün bu il tətbiq olunacaq yenilik kolleclərə keçid ballarına cüzi təsir edə bilər. Amma  9-cuların imtahan nəticələrinin yaxşı olacağını düşünürəm”.
Ekspert  vurğulayır ki, DİM bu ildən 9-cu siniflərə həmin yeniliyi tətbiq etdiyi üçün onlar 2 il sonra 11-ci sinfin imtahanında bu prosedura uyğunlaşacaqlar.
Bəs 11-ci siniflərin buraxılış imtahanları üçün proqnozlar nələrdir?
Elçin Əfəndi bildirib ki, indiki imtahan modeli 2019-cu ildən bəri tətbiq edildiyi üçün hər il abituriyentlər buna daha hazırlıqlı olurlar. Buna görə də nəticələr ötən il olduğu kimi yüksək ola bilər:
“Bu il nəticələr ötənilki kimi qeydə alına bilər. Çünki abituriyentlər  artıq imtahan  suallarına, mövzularına, model testlərə uyğunlaşıblar. Buna görə də ildən-ilə yüksək nəticələr görmək mümkündür. Sualların asanlığı, çətinliyi abituriyentlərin nə qədər hazır olmasından asılıdır. Onlar prosesə nə qədər hazırdırlarsa, imtahan o qədər asan olur”.
Elçin Əfəndi DİM-in imtahana saldığı mətnlərin də şagirdin nəticəsinə necə təsir etdiyindən danışıb:
“İmtahanın asanlığı həmçinin, şagirdlərə tanış olmayan mövzuların imtahana salınmasıyla da bağlıdır. Məsələn, bir neçə il öncə DİM xarici blogerin səsləndirdiyi fikri mətn halında təqdim etdi, abituriyentlər də bu mətn yad olduğu üçün tərəddüdlə yanaşdılar. Buna görə də DİM dili çətin, böyük həcmli mətnlərdən qaçmalıdır”.
Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Fevral 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri