ABŞ 100 dən çox hindistanlı miqrantı vətəninə deportasiya edib
Icma.az, Aznews.az-ə istinadən məlumat verir ABŞ 100 dən çox hindistanlı miqrantı vətəninə deportasiya edib.
ABŞ-nin deportasiya edilmiş Hindistan miqrantlarını daşıyan üçüncü “C-17” hərbi-nəqliyyat təyyarəsi Hindistanın şimalındakı Pəncab ştatına çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Hindu” qəzeti məlumat yayıb.
“HHQ təyyarəsi ilə ABŞ-də qeyri-qanuni yaşayan 112 hindistanlı vətənə qaytarılıb. Onların arasında Qucarat, Pəncab, Uttarakhand, Uttar-Pradeş, Haryana və Himaçal-Pradeş ştatlarının sakinləri var”, - məlumatda qeyd edilib.
Fevralın əvvəlindən ümumilikdə 335 hindistanlı deportasiya edilib.
Hindistan rəhbərliyi vurğulayıb ki, Nyu-Delhi deportasiya edilən bütün qeyri-qanuni miqrantları qəbul edəcək və Vaşinqtonla əməkdaşlıq edəcək. ABŞ-də deportasiya edilə biləcək 18 min hindistanlı aşkar edilib.
Xatırladaq ki, yanvarın 20-də Tramp ABŞ – Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi haqqında fərman imzalayıb. Amerika lideri deyib ki, bu, ölkəyə qanunsuz miqrantların “fəlakətli müdaxiləsinin” qarşısını almaq üçün cənub sərhədinə qoşun göndərməyə imkan verəcək.
AzNews.az

