Arteta: “Real”a qarşı ikinci oyunumuzda qalib gəlmək istəyirik“
futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının “Real” üzərindəki üstünlüyünü möhkəmləndirmək istədiyini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, ispaniyalı məşqçi təsirli üstünlüyə baxmayaraq, “topçular”ın çərşənbə günü “Santyaqo Bernabeu”da növbəti qələbə üçün oynayacaqlarını bildirib:
“Real”a qarşı ikinci oyunumuzda qalib gəlmək istəyirik. Bizim münasibətimiz belədir, özümüzü bu şəkildə daha rahat hiss edirik. Biz həmişə rəqiblərimizdən daha yaxşı olmaq istəyirik”.
London komandası ötən həftə 1/4 finalın ilk oyununda evdə “Los Blankos”u 3:0 hesabı ilə məğlub edib.
Sabah keçiriləcək “Real” – “Arsenal” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Baxış sayı:61
Bu xəbər 16 Aprel 2025 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















