ABŞ 127 qanunsuz miqrantı Kubaya deportasiya edib
Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“İlin ilk səkkiz ayında Kubaya qaytarılan qanunsuz miqrantların ümumi sayı 882-yə çatıb”
Kuba Daxili İşlər Nazirliyi (DİN) iki ölkə arasında immiqrasiya müqavilələri çərçivəsində ABŞ-dan Kubaya 127 qanunsuz miqrantdan ibarət daha bir qrupun deportasiya edildiyini açıqlayıb.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, DİN-in “Facebook”da yerləşdirilən açıqlamasında qeyd olunub ki, "ABŞ tərəfindən qaytarılan 127 qanunsuz miqrant (113 kişi və 14 qadın) Kubaya çatdı".
Kuba DİN açıqlamasında aydınlıq gətirilib ki, "ikitərəfli miqrasiya müqavilələrinə uyğun olaraq deportasiya edilən miqrantlar qrupu 21 avqustda ABŞ-dan Havanadakı Xose Marti Beynəlxalq Hava Limanına gəliblər".
Açıqlamada əlavə edilib ki, "onlardan ikisi ölkədən getməzdən əvvəl cinayət törətməkdə şübhəli bilindikləri üçün istintaq orqanlarına təhvil verilib".
Nazirlik aydınlıq gətirib ki, "bu reysin gəlməsi ilə ilin ilk səkkiz ayında Kubaya qaytarılan qanunsuz miqrantların ümumi sayı 882-yə çatıb".
DİN-in açıqlamasında bildirilir: "Onların geri qaytarılması regiondakı bir neçə ölkəni əhatə edən 31 əməliyyat zamanı həyata keçirilib".
Məlumatda Kuba hakimiyyətinin "beynəlxalq standartlara və digər hökumətlərlə bağlanmış müqavilələrə uyğun olaraq nizamlı, təhlükəsiz və qanuni miqrasiya prinsiplərinə" sadiqliyi vurğulanıb.
"Kuba hökuməti ölkədən qanunsuz olaraq çıxmaq cəhdləri ilə bağlı həyati təhlükəni vurğulayır", - deyə açıqlamada bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 24 Avqust 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















