ABŞ 27 Latın Amerikası rəsmisinin vizasını ləğv etdi
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Tramp administrasiyası korrupsiya ittihamları ilə əlaqədar 27 Latın Amerikası rəsmisinin və onların ailə üzvlərinin vizalarını ləğv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.
Məlumata görə, sanksiya tətbiq edilən şəxslərin siyahısına Boliviyanın baş prokuroru Rocer Mariaka da daxildir. Digər tərəfdən, siyahıda eyni ölkədən 20-dən çox prokuror və hakim var.
Agentliyin məlumatına göeə, bu təşəbbüs ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən Qərb yarımkürəsində demokratik idarəçiliyin müdafiəsi strategiyasının bir hissəsi olaraq həyata keçirilib.
Agentlik qeyd edib ki, seçilmiş demokratik hökumətlərin fəaliyyətinə xələl gətirmək qitədə təhlükəsizliyə və qanunun aliliyinə təhdid yaradır və buna görə də, bu cür hərəkətlərə yol verilməyəcək.
Məhdudiyyətlər Boliviya, Kolumbiya, Ekvador və Peru rəsmilərinə şamil edilir. Bütün bu ölkələrə Vaşinqtonla dostluq münasibətləri saxlayan sağçı liderlər rəhbərlik edir.
Digər tərəfdən, Ağ Ev vizaların ləğvini korrupsiyaya qarşı daha geniş kampaniyanın bir hissəsi kimi təqdim edir və xüsusilə korrupsiyalaşmış məmurlar, qanunsuz immiqrasiya və narkotik qaçaqmalçılığı arasındakı əlaqələrə diqqət yetirir. Bu addımlar cinayətkar təşkilatların maraqları naminə fəaliyyət göstərən qondarma “blok” üzvlərinin yaratdığı maneələrə cavab kimi qəbul edilir.
Bu mövzuda digər xəbərlər:ABŞ təyyarədaşıyan gəmisini Latın Amerikası sularına göndərib
11 Noyabr 2025 19:43
Latın Amerikası ölkələrində sunami təhlükəsi
30 İyul 2025 18:11
Çin Latın Amerikası ölkələrini dəstəkləyib
12 Yanvar 2026 14:48
“Trump Latın Amerikası siyasətini sərtləşdirir”
24 Oktyabr 2025 21:24
Latın Amerikası liderləri təcili görüş keçirəcəklər
28 Yanvar 2025 16:45
Baxış sayı:53
Bu xəbər 29 Sentyabr 2026 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















