ABŞ administrasiyası Milli Qvardiyanın böyük şəhərlərdə yerləşməsinə icazə verib
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp administrasiyası Milli Qvardiya qoşunlarının Vaşinqton və Çikaqodan başqa bir sıra digər böyük şəhərlərdə yerləşdirilməsinə icazə verib.
"Report"un xəbərinə görə, bu barədə ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem CBS telekanalının efirində bildirib.
Milli Qvardiya qoşunlarının Çikaqoya mümkün yerləşdirilməsinin vaxtı barədə suala cavab verən Noem qeyd edib ki, administrasiya bu şəhərdə cinayətkarlıqla mübarizə əməliyyatlarının aparılması üçün əlavə resurslar ayırmağı planlaşdırır, o, eyni zamanda bu planların hər hansı təfərrüatını açıqlamaqdan imtina edib. Aparıcı ondan Milli Qvardiya qoşunlarının digər Amerika şəhərlərində, o cümlədən Bostonda (Massaçusets ştatı) yerləşdirilə biləcəyini soruşub.
"Düşünürəm ki, bir çox şəhərlərdə cinayət və zorakılıq müşahidə olunur, ona görə də biz heç nəyi istisna etmirik. Biz müdaxilə etmək üçün resurslarımız və avadanlıqlarımız olduğundan əmin olmağa çalışırıq", - Noem deyib.
Onun fikrincə, Çikaqo, Boston və San-Fransisko (Kaliforniya) kimi böyük şəhərlərin hakimiyyəti cinayətkarlıqla mübarizə səylərini birləşdirmək üçün federal hökumətə müraciət etməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 31 Avqust 2025 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















