ABŞ alimləri Rusiya ilə müharibə vəziyyətində nüvə qışının ssenarisini hazırlayıblar
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Pensilvaniya Dövlət Universitetinin alimləri Rusiya və ABŞ arasında potensial hərbi əməliyyatların baş verəcəyi təqdirdə nüvə qışı ssenarisini hazırlayıblar.
Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "Environmental Research Letters" jurnalında dərc olunub.
Tədqiqatın nəticələri göstərib ki, nüvə müharibəsi insan tələfatı şəklində birbaşa nəticələrlə yanaşı, həm də atmosferdə uzunmüddətli təsirlərə səbəb olacaq.
Atmosferə təxminən 150 milyon tona yaxın hisin buraxılması ilə havanın günəş işığını keçirmə qabiliyyətinin azalacağı, nəticədə Yer səthində temperaturun orta hesabla 15 dərəcə aşağı düşəcəyi qeyd edilir. Alimlər planetin onilliklər ərzində bu vəziyyətdə qala biləcəyini irəli sürürlər.
Bundan əlavə, araşdırmada belə bir ssenaridə kənd təsərrüfatı sektorunun ciddi şəkildə təsirlənəcəyi bildirilir. Təchizat zəncirlərində və ticarətdə fasilələr vəziyyəti daha da pisləşdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 23 May 2025 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















