ABŞ atəşkəsi pozub İran XİN KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran ABŞ-nin bu gün səhər saatlarında İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Bəndər-Abbas rayonunda bölgələri atəşə tutmasını kəskin şəkildə qınayır.
KONKRET.az Trend-ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün yerli mediaya açıqlamasında deyib.
Bəqai bildirib ki, İran və ABŞ arasında atəşkəs razılaşması qüvvəyə mindikdən sonra son günlərdə ABŞ tərəfindən Fars körfəzi, İranın cənubundakı beynəlxalq sularda ticarət gəmilərinə hücumlar olunub. O deyib ki, Iran ərazi bütövlüyü və suverenliyini qorumaq istiqamətində bütün lazımi tədbirləri görəcək.
Qeyd edək ki, bu gün səhər saatlarında ABŞ Silahlı Qüvvələrinin İranda hərbi obyektə aviazərbə endirdiyi, İrana məxsus bir neçə PUA-nı ələ keçirdiyi, İranın da ABŞ-yə məxsus aviabazaya zərbə endirdiyi bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 28 May 2026 21:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















