ABŞ Azərbaycana narkotik vasitələri aşkar etməyə imkan verən texnika verib
Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəmizin gömrük işçilərinə narkotik vasitələri aşkar etməyə imkan verən texnika təqdim edildiyini bildirib.
Bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Bu ayın əvvəlində Astara gömrükçüləri İrandan Estoniyaya gedən tranzit yükündə dəyəri 90 milyon ABŞ dolları olan böyük miqdarda heroin müsadirə ediblər. Bu təhlükəli narkotiklərin aşkar olunması, ABŞ səfirliyi nəzdində Hərbi Qrup tərəfindən 2021-ci ildə Dövlət Gömrük Komitəsinə təqdim edilmiş dəmir yol vaqonlarının stasionar tipli yoxlama baxış sistemi sayəsində mümkün olub", - paylaşımda qeyd olunub.
Diplomatik nümayəndəlikdən, həmçinin vurğulanıb ki, bu əməliyyat narkotik qaçaqmalçılığına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın, xüsusilə də ABŞ–Azərbaycan tərəfdaşlığının nə qədər mühüm rol oynadığını bir daha təsdiqləyir.
"Ay ərzində həyata keçirilən bu uğurlu əməliyyat, ABŞ–Azərbaycan əməkdaşlığının hər iki ölkəyə fayda verdiyini və Amerika, Azərbaycan və bütün region üçün təhlükəsizliyin gücləndirilməsinə xidmət etdiyini göstərən parlaq bir nümunədir", - paylaşımda bildirilib.
Bu mövzuda digər xəbərlər:Azərbaycana narkotik vasitələri 98% hallarda İrandan gətirməyə çalışıblar
18 Aprel 2025 12:04
“Azərbaycana kömək etməyə hazırıq” ABŞ Dövlət Departamenti
26 Dekabr 2024 13:39
Azərbaycana gələn Hindistan vətəndaşında narkotik vasitə aşkar edildi
26 Noyabr 2024 23:30
Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır ABŞ dan hesabat
06 Fevral 2025 11:58
Faciə ilə bağlı Azərbaycana kömək etməyə hazırıq ABŞ səfirliyi
25 Dekabr 2024 13:31
Baxış sayı:57
Bu xəbər 28 Noyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















