Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

ABŞ Azərbaycanın regional liderliyini dəstəkləyir

ABŞ Azərbaycanın regional liderliyini dəstəkləyir

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vaşinqton platformasında həyata keçirilən diplomatik təşəbbüslər regionda dayanıqlı sülhün təmin edilməsinə xidmət edir

Azərbaycan  Prezidenti İlham Əliyevin ötən il avqustun 8-9-da ABŞ-a səfəri ölkələrimiz arasında ikitərəfli və bərabərhüquqlu əlaqələrin yeni və strateji mərhələyə qədəm qoyması ilə nəticələndi. ABŞ və  Azərbaycan arasında mövcud münasibətlər siyasi, geostrateji və geoiqtisadi baxımdan strateji xarakter daşıyan yeni bir mərhələyə qədəm qoydu. Sülh və regionda sabitlik, Cənubi Qafqazda sülh processi, enerji təhlükəsizliyi və "Yaşıl Enerji" kimi məsələlər, ən əsası isə şəxsi siyasi təmaslar uğurla davam edən münasibətlərin ana xəttini təşkil edir.

Azərbaycana qarşı qərəzli mövqeyi ilə müşayiət olunan, ölkəmizin müstəqil xarici siyasət yürütməsindən əndişələnən Bayden Administrasiyasından fərqli olaraq Donald Tramp ikinci dəfə Prezident seçildikdən sonra ABŞ-nın xarici siyasətində köklü dəyişikliklərə start verdi. Sirr deyil ki, Baydenin prezidentlik dövründə ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolundan xoflanan Administrasiya ABŞ-Azərbaycan münasibətlərinə ciddi zərbələr vurması ilə səciyyələnirdi. Otuz ildən artıq bir dövrdə Cənubi Qafqazda sülh və təhlükəsizliyə  nail olunmamasının əsas səbəblərindən biri də məhz  ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin ikili standartlar nümayiş etdirməsindən qaynaqlanırdı. Azərbaycanla əlaqələrin inkişafını və regional sülhün təmin edilməsini əsas istiqamət kimi götürən Prezident Tramp isə ölkəmizlə əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirdi. ABŞ prezidenti Donald Trampın Vaşinqtonda "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etməsi bunun əyani göstəricisidir. 

Bu isə o anlama gəlir ki, prezidentlik fəaliyyəti dövründə Azərbaycan dövlətinin və xalqının mənafeyini hər şeydən üstün tutan dövlət başçısı İlham Əliyevin düşünülmüş, uzaqgörən və coxşaxəli xarici siyasəti nəticəsində illərdən bəri aysberqə çevrilmiş buzlar əridi, daşlar yerinə oturdu. Bakı ilə Vaşinqton arasında qurulan dinamik dialoq regional təhlükəsizlik, enerji marşrutları və Cənubi Qafqazda sülh gündəliyinin dayaq nöqtəsindən irəliyə aparılması istiqamətində mühüm rol oynadı. Konkret olaraq, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin formalaşmasında baza rolunu oynayan "Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması Haqqında Saziş" tərəflərin hüquqi və siyasi öhdəliklərini müəyyən etdi. Etiraf edilməlidir ki, Vaşinqton tərəflər arasında imzalanan "Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması Haqqında Saziş" mətni üzrə danışıqların yekunlaşmasında drayver rolunu oynadı. Odur ki, Vaşinqton sammiti çərçivəsində tərəflərin razılaşdırılmış mətni paraflaması prosesə ən böyük töhfələrdən biri kimi dəyərləndirilməlidir. Məhz qalib ölkə olmasına baxmayaraq Azərbaycanın siyasi iradəsi nəticəsində Azərbaycan Prezidenti və Ermənistan Baş naziri regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdilər. Bu fəaliyyət  Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan ərazisindən maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir.

Göründüyü kimi Moskva və ATƏT-in keçmiş Minsk Qrupu çərçivəsindəki durğunluq fonunda ABŞ tərəflərin birbaşa formatda danışıqlar aparmasını dəstəkləyərək kənar geosiyasi təzyiqləri neytrallaşdırmağa nail oldu. Azərbaycan və Ermənistanın ATƏT sədrliyinə birgə müraciətindən sonra ATƏT Nazirlər Şurasının  30 noyabr 2025-ci il tarixində Minsk Prosesi və onun əlaqədar strukturlarının bağlanması bunun bariz nümunəsidir. ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesindəki rolu ənənəvi həmsədrlik modelindən tamamilə fərqlənərək, artıq birbaşa geoiqtisadi və geostrateji təşəbbüslərin dəstəkləndiyi vasitəçilik müstəvisinə keçib. ABŞ  Azərbaycanın regional liderliyini və Ermənistanla sülh sazişinin imzalanması, eləcə də delimitasiya prosesində atdığı addımları dəstəkləyir. Vaşinqton platformasında həyata keçirilən diplomatik təşəbbüslər regionda dayanıqlı sülhün təmin edilməsinə xidmət edir.

Birgə Bəyannaməyə görə, Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcək. Azərbaycan Prezidenti və Ermənistan Baş naziri bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətlərini təsdiqləyiblər. Bu təşəbbüs həm Azərbaycanın fasiləsiz nəqliyyat keçidi tələbini ödəyir, həm də ərazinin Ermənistan suverenliyində qalmasını təmin edərək hər iki tərəf üçün qəbul olunan bir balans yaradır. Digər tərəfdən, Vaşinqtonun dəhliz və sülh prosesindəki fəal rolu regionda Rusiyanın hərbi-siyasi inhisarını zəiflətməyə və İranın marşrutlar üzərindəki təzyiq imkanlarını məhdudlaşdırmağa hesablanıb.

ABŞ uzun illərdir Azərbaycanın Cənub Qaz Dəhlizi kimi iri infrastrukturlarla Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirir. Məhz bu baxımdan, Vaşinqton  Azərbaycan ilə Ermənistan arasında davamlı sülh sazişinin bağlanmasını və kommunikasiyaların açılmasını dəstəkləyir. Həm də, Çindən Avropaya gedən nəqliyyat marşrutlarının təhlükəsizliyi və səmərəliliyi çərçivəsində Azərbaycanın mərkəzi mövqeyi ABŞ-nin diqqət mərkəzindədir. Mərkəzi Asiya enerjisinin və mallarının Xəzər və Azərbaycan üzərindən Qərbə daşınmasında sabitliyin təmin olunması ABŞ-nin regional maraqlarına tam uyğundur. ABŞ rəhbərliyi və rəsmi nümayəndələrinin Cənubi Qafqaz üzrə təşəbbüsləri həm də iki ölkə arasında strateji dialoqun saxlanılmasına xidmət edir. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti və regional güc kimi rolunun artması isə Vaşinqtonla münasibətlərdə praqmatik tərəfdaşlığa zəmin yaradır. Qətiyyətlə demək olar ki, Vaşinqtonda imzalanan Birgə Bəyannamə tərəflərin birbaşa dialoqunun davam etdirilməsi, regionda kommunikasiya və iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də yekun sülh sazişinin imzalanması istiqamətində mühüm hüquqi və siyasi baza rolunu oynayır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Avqust 2026 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see627

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see299

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see289

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see277

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see271

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see250

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see249

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see243

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see238

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see230

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see227

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see214

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see203

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see202

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see202

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see201

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see194

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see187

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see187

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri