Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

ABŞ BMT dən çıxır?

ABŞ BMT dən çıxır?

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nizamnamə imkan verir, amma...

2025-ci ilin əvvəlindən aktiv müzakirə predmetinə çevrilən ABŞ-ın Birləşmiş Millətlər Təşkilatından çıxması məsələsi yenidən gündəmə gəlib. Qeyd olunmalıdır ki, ötən dövr ərzində bu addımı stimullaşdıran bəzi qərarların verilməsi beynəlxalq aləmdə müəyyən ajiotaj yaradıb. Məsələn, ötən ilin fevralında ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan üzvlərinin ölkənin BMT-dən çıxmasını və qurumun maliyyələşdirilməsinin dayandırılmasını nəzərdə tutan qanun layihəsini müzakirəyə təqdim etməyə hazırlaşması ilə bağlı xəbər yayılmışdı. Bildirilirdi ki, senator Mayk Linin müəllifi olduğu layihə təqdim edildikdən sonra ölkə təşkilatın tərkibindən çıxmaqla yanaşı, həm də maliyyələşməni tamamilə dayandıracaq.

Bu ilin yanvarında isə Prezident Donald Tramp Birləşmiş Ştatların onlarla beynəlxalq və BMT təşkilatından, o cümlədən əsas iqlim müqaviləsindən, habelə gender bərabərliyini və qadınların səlahiyyətlərini təşviq edən BMT qurumundan çıxacağını açıqladı. O qeyd etdi ki, bu təşkilatlar “ABŞ-ın milli maraqlarına zidd hərəkət edir”.  Trampın icra sərəncamı bütün ABŞ federal qurumlarından 31 BMT strukturunun, həmçinin digər 35 qurumun fəaliyyətində iştirakını və onların maliyyələşdirilməsini dayandırmağı tələb edirdi. Vurğulanmalıdır ki, Tramp prezidentliyinin ikinci müddətinin əvvəlindən bəri ABŞ-ın BMT-yə maliyyələşdirməsini azaltmağa, BMT İnsan Hüquqları Şurasındakı iştirakını dayandırmağa və BMT-nin mədəniyyət təşkilatı olan UNESCO-dan çıxmağa çalışırdı. O, həmçinin Ümumdünya Səhiyyə Təşkilatından və Paris İqlim Sazişindən çıxmaq planlarını da açıqlamışdı. ABŞ-ın siyahısına, həmçinin BMT-nin Ticarət və İnkişaf Konfransı, Beynəlxalq Enerji Forumu, BMT-nin Adi Silahlar Reyestri və Sülh Quruculuğu Komissiyası daxil idi.

Hansı strukturlar tərk edildi?

Nəticə etibarı ilə, artıq ABŞ 30-dan çox BMT strukturu və onlarla beynəlxalq təşkilatdan (ümumilikdə 66 qurum) rəsmən çıxıb və maliyyələşdirməni dayandırıb. Əsas çıxışlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNESCO, gender bərabərliyi qurumları və əsas iqlim müqavilələrini əhatə edir.  Belə ki, Birləşmiş Ştatlar:

- Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) pandemiya dövründə fəaliyyətinə görə tənqid edilərək rəsmən ayrılıb;

- UNESCO-dan (BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı) İsrailə qarşı qərəzli mövqe səbəbindən çıxıb;

- BMT-nin İnsan Hüquqları Şurasındakı (UNHRC) fəaliyyətinə siyasi qərəzlik ittihamı ilə son verib.

Eləcə də əsas iqlim müqavilələrindən (Ətraf mühitlə bağlı BMT-nin bir çox proqramlarından), Gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi qurumlarından, Əhali Fondundan (UNFPA) da ayrılıb. Bu addım, ABŞ federal agentliklərinin sözügedən təşkilatlarda iştirakını və maliyyə dəstəyini tam dayandırmasını nəzərdə tutur.

ABŞ BMT-yə necə üzv oldu?

Qeyd edək ki, ABŞ Birləşmiş Millətlər Təşkilatına ayrıca “sonradan qoşulma” prosesi ilə deyil, onun qurucu üzvlərindən biri kimi daxil olub. 1945-ci ildə II Dünya müharibəsinin sonlarına yaxın San-Fransisko şəhərində BMT-nin yaradılması üzrə konfrans keçirilib. Bu konfrans tarixdə San-Fransisko Konfransı kimi tanınır. 25 aprel - 26 iyun 1945-ci il tarixlərində baş tutan bu konfrans İkinci Dünya müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsini hazırlamaq və imzalamaq üçün çağırılan 50 dövlətin nümayəndələrinin beynəlxalq səviyyədə ilk görüşü idi. Məhz bu konfrans BMT-ni beynəlxalq təhlükəsizlik mexanizmi kimi təsis etdi. Proses iyunun 26-da 50 ölkənin nümayəndəsi tərəfindən BMT Nizamnaməsinin imzalanması ilə nəticələndi. ABŞ isə bu konfransın əsas təşəbbüskarlarından və təşkilatçılarından biri idi. 24 oktyabr 1945-ci ildə Nizamnamə qüvvəyə mindi və bununla da ABŞ rəsmi olaraq BMT-nin üzvü oldu. Rəsmi Vaşinqton artıq 81 ildir ki, təşkilatda aparıcı rola malikdir və Təhlükəsizlik Şurasının daimi üzvüdür.

Fayda verirsə, HƏ...

“Yeni Azərbaycan” qəzetinə məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Yeganə Hacıyeva bildirib ki, ABŞ-ın BMT-dən çıxacağı ilə bağlı yayılan iddialar son dövrlərdə beynəlxalq informasiya məkanında geniş tirajlanır. Xüsusilə rəsmi Vaşinqtonun bir sıra BMT strukturlarında fəaliyyətini dayandırması bu fikirlərə geniş yer açıb: “Vurğulamaq istədiyim əsas məqam ondan ibarətdir ki, ABŞ-ın BMT-nin hansısa bir qurumundan çıxması, BMT çərçivəsindəki hansısa sazişi tərk etməsi bütövlükdə BMT-dən dövlət olaraq ayrılmaq adlı hüquqi və siyasi hadisə deyil.  Hazırkı mərhələdə söhbət ABŞ-ın bütövlükdə BMT-dən tam şəkildə çıxmasından yox, BMT sistemi daxilindəki bəzi institutlarla mexanizmlər və çoxtərəfli öhdəliklər üzərindən münasibətini yenidən qurmasından gedir”.

Onun sözlərinə görə, rəsmi Vaşinqtonun son illərdə tutduğu xətt beynəlxalq sistemi tam tərk etmək yox, həmin sistemi yalnız öz milli maraqları çərçivəsində, daha sərt və daha selektiv formada istifadə etmək strategiyasına əsaslanır. “ABŞ artıq qlobal institutlara əvvəlki kimi “ümumi beynəlxalq məsuliyyət” prizmasından deyil, daha çox “fayda verirsə, qalmalıyıq, məhdudlaşdırırsa, çıxmalıyıq” məntiqi ilə yanaşır. Bu isə, ABŞ-ın nümunəsində dünyada klassik diplomatik çoxvektorluğun necə zəiflədiyini, onun yerini daha praqmatik və güc əsaslı xarici siyasət modelinin aldığını aydın göstərir. Paralel olaraq bu yanaşmanın arxasında duran əsas siyasi məntiq ondan ibarətdir ki, ABŞ beynəlxalq institutların öz üzərində hüquqi  və siyasi məhdudiyyət yaratmasını getdikcə daha az qəbul edir”, - deyən Y.Hacıyeva bildirib ki, Vaşinqton üçün əsas prioritet artıq qlobal sistemin qaydalarının qoruyucusu missiyası deyil - həmin qaydaların ABŞ-ın geosiyasi manevr imkanlarına xidmət etmə dərəcəsini artırmaqdır.

ABŞ nə istəyir?

Politoloq vurğulayıb ki, ABŞ onun maraqlarını daha da gücləndirən beynəlxalq strukturlarda fəaliyyəti məqbul sayır. Onun qərarvermə sərbəstliyini məhdudlaşdıran strukturdan isə çıxmaq və ya maliyyəni azaltmaq, siyasi kənarlaşma və iqnor siyasətini gündəmə gətirir. Bu baxımdan, ABŞ-ın BMT ilə münasibətlərində müşahidə olunan gərginlik əslində daha geniş bir qlobal transformasiyanın tərkib hissəsi kimi qəbul edilməlidir: “Dünya nizamı tədricən universal institutların dominantlığından böyük güclərin daha sərt rəqabət mərhələsinə keçid edib. Bu şəraitdə Vaşinqtonun BMT-yə münasibəti də ideoloji və normativ çərçivədən çıxaraq, daha çox güc balansı, təsir imkanları və strateji üstünlük prizmasında formalaşıb. Başqa sözlə, ABŞ üçün əsas məsələ artıq beynəlxalq sistemin qorunması deyil, həmin sistemin Amerika maraqlarına uyğun şəkildə idarə olunmasıdır. ABŞ hazırda BMT və ümumilikdə beynəlxalq institutlarla münasibətini daha sərt, daha seçici və daha praqmatik əsaslarla yenidən qurur. Bu isə qlobal sistemin daha da parçalanmasına, beynəlxalq hüququn selektiv tətbiqinə və böyük güclər arasında rəqabətin daha açıq və kəskin mərhələyə keçməsinə səbəb olur”.

BMT TŞ təsdiqləməsə...

ABŞ-ın BMT-dən çıxmaq təşəbbüsünə gəldikdə isə, politoloqun fikrincə, bu məsələ beynəlxalq hüquqda tam aydın və birbaşa tənzimlənə bilən prosedur deyil: “BMT Nizamnaməsi hər hansı bir dövlətin BMT-dən könüllü çıxmağına açıq qadağa qoymur. Nəzəri olaraq hər hansı bir ölkə siyasi qərarla təşkilatda iştirakını dayandırdığını bəyan edə, BMT Baş katibini məlumatlandıra və öhdəliklərinin bir hissəsindən faktiki geri çəkilə bilər. Eyni zamanda, BMT nizamnaməsi belə bir çıxış üçün konkret hüquqi mexanizm də nəzərdə tutur. Bu baxımdan, tərketmə hüquqi baxımdan mübahisəli sayılır və daha çox hüququn sərt və dəqiq qaydaları ilə deyil, dövlətlərin siyasi iradəsi və beynəlxalq siyasi münasibətlərin reallığı ilə müəyyən olunur.

BMT-də dövlətlərin hüquqlarının məhdudlaşdırılması və ya üzvlük statusuna təsir edən istənilən addım daha aydın hüquqi çərçivəyə malikdir - burada əsas rol BMT Təhlükəsizlik Şurasına məxsusdur. BMT Nizamnaməsinin 5-ci maddəsinə görə, əgər Təhlükəsizlik Şurası hər hansı dövlətə qarşı preventiv və ya məcburedici tədbirlər tətbiq edibsə, həmin dövlətin hüquq və imtiyazları yalnız Şuranın tövsiyəsi və Baş Assambleyanın qərarı ilə müvəqqəti dayandırıla bilər. Bu isə göstərir ki, BMT sistemində nə sanksiya, nə də istisna mexanizmi Təhlükəsizlik Şurasının siyasi, hüquqi razılığı və təsdiqi olmadan işə düşmür. Xüsusilə söhbət böyük dövlətlərdən və ya Təhlükəsizlik Şurasının daimi üzvləri və ya onların müttəfiqlərindən getdikdə, veto mexanizmi hüquqi normanın tətbiqini əksər hallarda siyasi maraqların girovuna çevirir və onun real işləməsini faktiki olaraq mümkünsüz edir”.

Y.Hacıyeva bildirib ki, BMT ABŞ və ya diğər dövlətlər üçün yalnız öhdəliklər platforması deyil, həm də qlobal legitimlik, diplomatik təsir və beynəlxalq qərarvermədə nüfuz vasitəsidir.  Vaşinqtonun bu platformadan tam imtinası onun rəqiblərinə, xüsusilə də Çin və Rusiyaya daha geniş geosiyasi boşluq aça bilər.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Aprel 2026 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri