” saytının rəhbərinə 10 il həbs cəzası verildi QƏRAR
Icma.az, Azpost portalına istinadən məlumat verir.
“Məclis.info” saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İmran Əliyev 10 il, Elgiz Qəhrəman 9 il müddətinə azadlıqdan məhrum edilib.
Elgiz Qəhrəman məhkəmə zalında həbs edilib.
Digər təqsirləndirilən Tamella Musayeva 4 il sınaq müddəti olmaqla 7 il müddətinə şərti azadlıqdan məhrum edilib.
Qərara əsasən, İmran Əliyev cəzasını ümumirejimli cəzaçəkmə müəsisəsində, Elgiz Qəhrəman isə ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkəcək.
Xatırladaq ki, təqsirləndirilən İmran Əliyev ötən il aprelin 19-da həbs edilib. Elgiz Qəhrəman və Tamella Musayeva isə sonradan iş üzrə təqsirləndirilən şəxs kimi tanınıb və barəsində polis nəzarəti altında olma qətimkan tədbiri seçilib.
Post navigationPrevious: İlham Əliyev “Avropa Siyasi Birliyi”nin sammitində iştirak edib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 12 Noyabr 2026 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















