Icma.az
close
up
RU
ABŞ Çin ticarət gərginliyi: Bu məsələdə siyasi məqamlar da yarana bilər

ABŞ Çin ticarət gərginliyi: Bu məsələdə siyasi məqamlar da yarana bilər

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Çin məhsullarına tətbiq olunan gömrük rüsumlarını 145 faizə yüksəldib.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, yeni rüsum tətbiqi nəticəsində beynəlxalq daşımalar çətinləşib, limanlarda yüklərin boşaldılması prosesi gecikib. Bundan başqa, Çinin Trampa qarşı cavab olaraq atdığı adekvat addımlar ABŞ-Çin ticarət gərginliyini getdikcə artırır.

ABŞ-Çin ticarət gərginliyi qlobal miqyasda hansısa dəyişikliklərə səbəb olacaqmı?

Mövzu ilə bağlı iqtisadçı Razi Abasbəyli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, rüsumların artırılması, ilk növbədə, idxal olunan məhsulların qiymətinin yüksəlməsi ilə özünü göstərməyə başlayıb.

O vurğulayıb ki, xüsusən də bahalaşma riski Çinlə ticarət edən dünya ölkələrinin daxili bazarında müşahidə olunur:

"Artıq Avropa İttifaqı ölkələrində bahalaşma prosesi başlayıb və Çinlə yeni iqtisadi münasibətlərin qurulması istiqamətində müəyyən müzakirələrə səbəb olub. Digər tərəfdən, ABŞ və Çində inflyasiya təsirləri yüksəlib, daxildə ciddi problemlər yaradıb. Qlobal ticarət zəncirində yaranan gecikmələr isə nəticə etibarilə təchizatı çətinləşdirir. Rüsumların artması və gecikmələr fonunda bütövlükdə ABŞ və Çinlə yaxın və böyük ticarət dövriyyəsi olan ölkələrin daxili bazarında qiymətlərin bahalaşmasına təsiri qaçılmazdır".

İqtisadçının fikrincə, bu məsələdə bəzi siyasi məqamlar da yarana bilər. Bəzi ölkələr kəskin rüsum savaşları fonunda mövqe ifadə etməlidirlər. Bu ölkələr ya Çin, ya da Amerika tərəfindən çıxış etməyə məcbur olacaqlar.

Razi Abasbəyli: Qlobal ticarət zəncirində yaranan gecikmələr nəticə etibarilə təchizatı çətinləşdirir

"Artıq birtərəfli ticarət ikitərəfli ticarətlə əvəz oluna bilər. Bu seçim yaranarsa, yenə də qlobal ticarət zəncirində müəyyən problemlər yaşanacaq. Hazırda Çin və ABŞ ayrı-ayrılıqda özlərinin 5G CİP texnologiyalarını yaratmağa çalışırlar və bu istiqamət üzrə müəyyən addımlar atılır. Dünyanın kritik seçim qarşısında qalması, ABŞ və ya Çin tərəfdarı olmaqla iki hissəyə ayrılması arzuolunmaz siyasi və iqtisadi nəticələrə səbəb ola bilər", - müsahibimiz qeyd edib.

Razi Abasbəyli onu da vurğulayıb ki, sözügedən proses dünyanın bir parçası olan və son zamanlar Çinlə böyük ticarət dövriyyəsi yaradan Azərbaycan üçün də müəyyən mənada çətinliklər yarada bilər.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Aprel 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri