Icma.az
close
up
RU
Putin Çindən asılı vəziyyət düşür VSJ

Putin Çindən asılı vəziyyət düşür VSJ

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putinin ən mühüm strateji tərəfdaşı olan Çin lideri Si Szinpinlə son görüşündənkeçən aylar ərzində müharibə şəraitində onların vəziyyəti müxtəlif istiqamətlərdə inkişaf edib və aralarındakı fərq getdikcə daha da dərinləşib. Rusiya yay aylarında Ukraynanın ölkənin neft-qaz sənayesinə və iqtisadi baxımdan həssas digər hədəflərə endirdiyi ağrılı zərbələrlə üzləşdiyi halda, Çin İranla müharibənin yaratdığı qlobal şokdan neft bazarları üzərində daha böyük təsir imkanları və Qərbin təzyiqinə qarşı daha yüksək dayanıqlılıqla çıxıb.

Axar.az xəbər verir ki, bu barədə "Vol Strit Jurnal" məlumat yayıb.

"İki liderin hakimiyyət və nüfuzunda dəyişən vəziyyət avqustun 31-də Qırğızıstanda keçiriləcək görüş zamanı diqqət mərkəzində olacaq. Həmçinin onların ABŞ hakimiyyətinə qarşı birgə müqaviməti də açıq şəkildə özünü göstərəcək. Görüş təhlükəsizlik məsələlərinə yönəlmiş 10 ölkədən ibarət Şanxay Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində keçiriləcək. Təşkilata İranın da daxil olması beynəlxalq təcrid vəziyyətində olan rejimə əlavə beynəlxalq legitimlik qazandırır. Çin Tehran ABŞ-ın hərbi və iqtisadi təzyiqlərinin öhdəsindən gəlməyə çalışdığı bir vaxtda İrana maliyyə dəstəyi göstərib. Bu arada İran Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi ölümcül pilotsuz uçuş aparatlarını tədarük edib.

Ukraynadakı müharibə fonunda Rusiya necə Çinin kiçik tərəfdaşına çevrilir? Moskva keçmiş sovet respublikası olan Qırğızıstanda aviabaza saxlayır. Lakin Rusiyanın Ukraynada apardığı uzunmüddətli müharibə fonunda Moskvanın beynəlxalq nüfuzu zəiflədikcə, Çin bu ölkədə öz mövcudluğunu gücləndirib. Bu dinamika Mərkəzi Asiyanın hüdudlarından çox-çox kənara çıxır. Çinin daha dominant rolu Kremlin öz daxilində də hiss olunur: Rusiya iqtisadiyyatı Pekindən getdikcə daha çox asılı vəziyyətə düşdükcə, Putin artıq kiçik tərəfdaş rolunu qəbul etməyə məcburdur",- məlumatda deyilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://axar.az
archiveBu xəbər 31 Avqust 2026 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri