ABŞ da Fələstinə azadlıq! qışqıran şəxs partlayıcı maddələrlə 8 nəfəri yaralayıb FOTO
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
ABŞ-ın Kolorado ştatının Boulder şəhərində keçirilən aksiya zamanı terror hücumu baş verib.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbər görə, 45 yaşlı şəxs "Fələstinə azadlıq!" deyə qışqıraraq izdihamın üzərinə alışdırıcı-partlayıcı maddələr atıb.
Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.
FBI-in Denver regional ofisinin rəhbəri Mark Miçalekin sözlərinə görə, yaralıların yaşı 67 ilə 88 arasında dəyişir. Onlardan birinin vəziyyəti kritik olaraq qiymətləndirilir.
"İlkin araşdırma nəticələri göstərir ki, bu, məqsədli zorakılıq aktıdır və biz bu hadisəni terror aktı kimi araşdırırıq", – deyə Miçalek bildirib.
Hücumda şübhəli bilinən şəxsin adının Məhəmməd Soliman olduğu açıqlanıb. O, hadisədən sonra xəstəxanaya yerləşdirilib. “Reuters” hələlik onun və ailəsinin əlaqə məlumatlarını əldə edə bilməyib.
FBI direktoru Kaş Patel hadisəni "hədəfli terror hücumu" kimi dəyərləndirib. Kolorado ştatının baş prokuroru Fil Vayser isə hadisənin nifrət cinayəti ola biləcəyini bildirib.
Boulder şəhər polis rəisi Stiven Redfearn insidentlə bağlı əlavə edib ki, hücumda başqa şəxsin iştirak etdiyinə dair sübut yoxdur: "Biz demək olar ki, şübhəlinin təkbaşına hərəkət etdiyindən əminik", – deyə o qeyd edib.
Hazırda faktla bağlı istintaq davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 02 İyun 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















