Azərbaycanın iqlim diplomatiyası qlobal siyasi mövqelərini gücləndirir ŞƏRH EDİLDİ
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avstraliya İttifaqının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirini qəbul etməsi təkcə ikitərəfli diplomatik etiket çərçivəsində baş tutan görüş kimi deyil, daha geniş geosiyasi və strateji kontekstdə qiymətləndirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, coğrafi baxımdan bir-birindən uzaqda yerləşən Azərbaycan və Avstraliya arasında münasibətlərin intensivləşməsi Bakının çoxşaxəli və balanslı xarici siyasət kursunun növbəti təzahürüdür: "Son illər Azərbaycan özünü təkcə enerji ixracatçısı kimi deyil, həm də qlobal problemlərin həllində fəal iştirak edən məsuliyyətli beynəlxalq aktor kimi təqdim edir. COP29-a ev sahibliyi etməsi və iqlim diplomatiyasını xarici siyasətin mühüm istiqamətlərindən birinə çevirməsi bu strategiyanın əsas sütunlarındandır. Avstraliya kimi Sakit okean regionunda mühüm siyasi və iqtisadi çəkiyə malik ölkə ilə bu platformalar üzərindən qurulan əməkdaşlıq Azərbaycanın qlobal gündəmdə mövqelərini möhkəmləndirir. Xüsusilə COP31-in Avstraliya və Türkiyə tərəfindən birgə keçirilməsi məsələsində Azərbaycanın diplomatik səylərinin yüksək qiymətləndirilməsi Bakının artıq regional deyil, qlobal səviyyədə etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir. Bu, Azərbaycanın “orta güc diplomatiyası”ndan çıxaraq beynəlxalq təşəbbüslərin formalaşmasına təsir edən aktora çevrildiyinin göstəricisidir. Digər tərəfdən, siyasi dialoqla yanaşı, yaşıl enerji, investisiya və şəhərsalma sahələrində əməkdaşlıq perspektivlərinin ön plana çıxarılması Azərbaycan diplomatiyasının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmək ölkənin dayanıqlı inkişaf, urbanizasiya və insan mərkəzli siyasət sahəsində beynəlxalq təcrübə mübadiləsinin mərkəzinə çevrilməsi deməkdir.
Bütövlükdə, bu görüş Azərbaycanın xarici siyasətinin klassik ikitərəfli münasibətlərdən çıxaraq qlobal çağırışlar üzərindən yeni tərəfdaşlıqlar qurmaq mərhələsinə keçdiyini nümayiş etdirir. Avstraliya ilə münasibətlərin dərinləşdirilməsi isə Bakının Asiya-Sakit okean regionunda siyasi mövcudluğunu gücləndirməklə yanaşı, ölkənin beynəlxalq nüfuzunun və diplomatik manevr imkanlarının genişlənməsinə xidmət edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 02 Fevral 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















