ABŞ da HƏMAS la danışıqlardan geri çəkildi
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Qəzza zolağında atəşkəs danışıqlarını dayandırıb və Qətərdəki danışıqlar üzrə qrupunu məsləhətləşmələr üçün geri çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Uitkof məlumat verib.
O bildirib ki, bu addım HƏMAS-ın Qəzzada atəşkəsə nail olmaq istəyinin olmadığını açıq şəkildə göstərən son cavabından sonra atılıb:
“Vasitəçilər böyük səy göstərsələr də, HƏMAS koordinasiya və ya vicdanla hərəkət etmir. İndi biz girovların geri qaytarılması üçün alternativ variantları nəzərdən keçirib, Qəzza əhalisi üçün daha sabit mühit yaratmağa çalışacağıq. HƏMAS-ın eqoist şəkildə hərəkət etməsi utancvericidir. Biz bu münaqişəyə son qoymaqda və Qəzzada daimi sülhə nail olmaqda qətiyyətliyik”.
Qeyd edək ki, daha öncə İsrail Baş naziri Benyamin Netanyahu da vasitəçiləri Qətərdən geri çağırıb.
Baxış sayı:99
Bu xəbər 25 İyul 2025 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















