ABŞ da işsizlik müavinəti üçün müraciətlər 3,5 ilin ən yüksək səviyyəsinə çatıb
Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da davam edən işsizlik müavinəti üçün müraciətlərin sayı iyulun 26-da bitən həftəyə görə 1 milyon 974 minə yüksəlib.
Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi işsizlik müavinəti üzrə həftəlik müraciət statistikasını açıqlayıb.
Buna əsasən, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 2 avqustda başa çatan həftədə əvvəlki həftə ilə müqayisədə 7 min nəfər artaraq 226 min olub.
Ardıcıl 6 həftə azalaraq son 5 ayın ən aşağı səviyyəsinə enən müraciət sayı 26 iyul həftəsində yenidən artmağa başlamışdı.
"Bloomberg"in keçirdiyi sorğuda iştirak edən 41 iqtisadçının ortalama proqnozu müraciətlərin 222 minə yüksələcəyi istiqamətində idi.
Ötən həftə etibarilə 4 həftəlik orta işsizlik müavinəti müraciət sayı da 500 nəfər azalaraq 220 min 750-yə geriləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 08 Avqust 2025 07:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















