Icma.az
close
up
RU
ABŞ da qızıl medal qazanan məktəbli: Elmi çox sevirəm, lakin hüquqşünas olmaq istəyirəm MÜSAHİBƏ AZƏRTAC

ABŞ da qızıl medal qazanan məktəbli: Elmi çox sevirəm, lakin hüquqşünas olmaq istəyirəm MÜSAHİBƏ AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycanı ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçirilən Beynəlxalq Kopernik Olimpiadasında təmsil edən Mətanət Mustafayeva təbiət elmləri fənni üzrə qızıl medal qazanıb.

AZƏRTAC-ın əməkdaşı Mətanət Mustafayeva ilə həmsöhbət olub.

Müsahibimizin 13 yaşı var, Azərbaycan Britaniya məktəbində 8-ci sinifdə təhsil alır. Deyir ki, hələ üçüncü sinifdə oxuyarkən müəllimi onda təbiət elmlərinə maraq yaradıb.

Mətanət Mustafayeva təbiət elmləri fənnini yaxşı bildiyi üçün anasının olimpiada haqqında elanı göstərməsi ilə özünü sınamaq qərarına gəlib. Özü sərbəst şəkildə hazırlaşıb, məktəb biliyi ilə imtahan verib:

“Bəzi mövzuları məktəbdə öyrənmədiyimiz üçün internetdə araşdırdım. Daha çox astronomiya və fizika fənni üzrə hazırlaşdım. Əvvəlcə Azərbaycanda, daha sonra Amerikada keçirilən olimpiadada qızıl medal qazandım. Fəxr edirəm ki, Azərbaycan Bayrağını başqa ölkələrdə qaldıra bildim”.

Müsahibimiz ongünlük yarışma müddətində NASA-ya getmək şansını da əldə edib: “Amerikada universitet və məktəblərə, muzeylərə apardılar, professorlar və astronomlarla tanış olduq. Ən çox sevdiyim NASA-ya getməyimiz oldu. Orada astronomlara suallarımı vermişdim və onlar da sualımı bəyənmişdilər”.

Həmsöhbətimiz daha əvvəl FISO Olimpiadasında da ingilis dili və elm fənləri üzrə iştirak edib. Ölkə üzrə hər iki fəndən qızıl, dünya üzrə ingilis dilindən gümüş, elm fənnindən qızıl medal qazanıb.

Albert Eynşteyni özünə kumir kimi seçən müsahibimiz hazırda elmə maraq göstərsə də, gələcəkdə bu sahə üzrə işləməyi planlaşdırmır: “Elmi çox sevirəm, lakin gələcəkdə hüquqşünas olmaq istəyirəm. Oksford Universitetinə qəbul olmaq üçün hazırlaşıram. Fikrimcə, olimpiadalarda qalib olmaq bu yolda mənə kömək edəcək”.

Mətanət Mustafayeva təhsil həyatı ilə yanaşı, hobbilərinə də vaxt ayırmağa çalışır: “Boş vaxtım az olur. Amma buna baxmayaraq, pianoda ifa edirəm, şahmat oynayıram, boyalarla rəsm çəkirəm, eyni zamanda, qrafik rəsmlər çəkirəm. Bunlarla yanaşı, dil biliklərimi təkmilləşdirirəm. Hazırda fransız və alman dillərini öyrənirəm”.

Mətanət onun kimi uğurlu olmaq istəyən yaşıdlarına daima dərslərinə diqqətlə yanaşmağı, çox çalışmağı tövsiyə edib. Deyir ki, vaxtla işləməyi öyrənsələr, yaxşı nəticələr qazana bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri