Icma.az
close
up
RU
Menu

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

ABŞ da tarif artımı ticarət marşrutlarını dəyişir

ABŞ da tarif artımı ticarət marşrutlarını dəyişir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Xarici ixracatçılar ABŞ-ın bu yaxınlarda tətbiq etdiyi gömrük rüsumlarından yaranan xərclərin cəmi təxminən 5%-ni öz üzərlərinə götürür, əsas yük isə Amerika şirkətləri və istehlakçıların üzərinə düşür. Bu barədə Avropa Mərkəzi Bankının iqtisadçıları tərəfindən bazar ertəsi dərc olunmuş təhlildə bildirilir.

Təhlildə 2025-ci ilin yanvar–noyabr aylarında ABŞ-ın gömrük rüsumlarının artırılmasının təsiri araşdırılıb. Bu müddətdə qanunla müəyyən edilmiş effektiv gömrük dərəcəsi 3%-dən 18%-dən yuxarı səviyyəyə yüksəlib. Tədqiqat xərclərin qiymət zənciri boyunca - xarici ixracatçılardan Amerika distribyutorlarına, istehsalçılara, pərakəndə satıcılara və sonda istehlakçılara necə ötürüldüyünü izləyib.

Araşdırma göstərir ki, ABŞ-a ixrac edən şirkətlər gömrük rüsumlarından yaranan xərclərin təxminən 95%-ni qiymətlərə ötürür. Bu isə o deməkdir ki, rüsumun 10% artırılması qiymətlərin təxminən 9,5% bahalaşmasına səbəb olur. Başqa sözlə, xarici şirkətlər əlavə xərclərin yalnız 5%-ni özləri qarşılayır.

Təhlilə görə, hazırda Amerika istehlakçıları gömrük yükünün təxminən üçdə birini daşıyır. Lakin ABŞ şirkətləri arasında aparılan sorğular göstərir ki, uzunmüddətli perspektivdə bu pay yarıdan çox ola bilər, çünki şirkətlərin xərcləri daxili şəkildə kompensasiya etmək imkanları tədricən tükənir.

İqtisadçılar bildirirlər ki, xarici ixracatçılar tərəfindən xərclərin məhdud şəkildə qarşılanması davam edərsə, zamanla gömrük rüsumlarından yaranan əlavə yükün təxminən 40%-i Amerika şirkətlərinin üzərinə düşəcək. Bu kateqoriyaya ABŞ-da fəaliyyət göstərən distribyutorlar, istehsalçılar və pərakəndə satıcılar daxildir.

Təhlil, həmçinin göstərir ki, rüsumların artırılmasından sonra ABŞ-a idxal olunan malların həm qiymətləri, həm də həcmləri azalıb. Gömrük rüsumları nəzərə alınmadan ölçülən idxal mallarının vahid dəyəri aprel ayından etibarən cüzi mənfi illik dinamika nümayiş etdirib.

İdxal həcmləri isə kəskin azalıb — hesablanmış ümumi elastiklik -3,7 olub. Bu, gömrük rüsumunun 10% artırılmasının idxal həcmlərinin təxminən 37% azalmasına gətirib çıxardığını göstərir.

Avtomobil sektoru ticarət strukturunda xüsusilə ciddi dəyişikliklərlə seçilib. Təhlil ABŞ-ın Çin və Avropa İttifaqından tədarükü azaltmaqla Kanada və Meksikaya üstünlük verməsinin aydın əlamətlərini üzə çıxarıb.

Kanada və Meksikadan avtomobil idxalı kəskin artıb ki, bu da regional ticarət əlaqələrinin gücləndiyini göstərir. Eyni zamanda, Avropa İttifaqı və Yaponiya həm ixrac etdikləri avtomobillərin vahid dəyərinin azalması, həm də həcmlərin kəskin düşməsi ilə üzləşiblər.

Gömrük rüsumları altında ticarət olunan mallarda azalma nisbətən daha zəif olsa da, yenə də iqtisadi baxımdan əhəmiyyətlidir: rüsumun 10% artırılması idxal həcmlərinin 4,3% azalmasına səbəb olub.

Ümumdünya Ticarət Təşkilatının məlumatına görə, ABŞ üçün mallar üzrə qanunla müəyyən edilmiş effektiv gömrük dərəcəsi 2025-ci ilin noyabrında 18,2%-ə yüksəlib. Lakin gömrük statistikası əsasında hesablanan faktiki effektiv gömrük dərəcəsi daha aşağı olub və 9,8% təşkil edib.

Hazırladı:

S.ELAY

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Mart 2026 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see294

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see280

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see272

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see239

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see227

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see224

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see223

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see222

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see222

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see211

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see209

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see209

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see203

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see195

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see187

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see186

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see180

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see180

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see176

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri