ABŞ da “UFC Freedom 250” turnirinin ləğvi tələbi ilə iddia qaldırılıb
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Vyetnam müharibəsi veteranları və fəallar 14 iyunda Ağ Evin Cənub Çəmənliyində keçirilməsi planlaşdırılan “UFC Freedom 250”nin ləğv edilməsini tələb edərək məhkəməyə müraciət ediblər.
İdman.Biz xəbər verir ki, iddiaçılar - Virciniya veteranı Pol Romano və fəal Syuzan Duqlas - tədbiri dərin korrupsiya adlandırırlar, çünki Prezident Donald Tramp UFC və onun baş direktoru Dana Uayta “özəl, kommersiya idman tədbirinə ev sahibliyi etmək üçün Ağ Evə və Linkoln Memorialına maneəsiz giriş” verib. Onlar iddia edirlər ki, UFC federal ərazidə keçirilən tədbirdən əhəmiyyətli gəlir əldə edəcək ki, bu da qanunsuzdur.
“Prezident Amerikanın ən hörmətli iki abidəsini özəl bir korporasiyaya təhvil verib ki, o və müttəfiqləri mənfəət əldə edə bilsinlər. Bu, korrupsiyadır. Bu abidələr hamımız amerikalılara məxsusdur - Dana Uayta, Crypto.com kimi reklamçılara və Donald Trampa yox. Biz məhkəmədən qanunun tətbiqini xahiş edirik, çünki administrasiya bunu etməkdən imtina edir”, - MMA Junkie Duqlasın bəyanatından sitat gətirir.
İddia “Public Integrity Project” tərəfindən dəstəklənir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 10 İyun 2026 22:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















