Icma.az
close
up
RU
ABŞ dan deportasiya olunan azərbaycanlılar da Quantanamoya GÖNDƏRİLƏCƏKLƏR?

ABŞ dan deportasiya olunan azərbaycanlılar da Quantanamoya GÖNDƏRİLƏCƏKLƏR?

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ İmmiqrasiya Agentliyi deportasiya təhlükəsi ilə üzləşən bir milyon yarıma yaxın miqrantın siyahısını dərc edib. Bu barədə mənbələrə istinadla "NBC News" telekanalı məlumat yayıb.
Barələrində deportasiya qərarı verilənlər arasında Azərbaycan vətəndaşları da var.
Siyahıya digər ölkələrlə yanaşı, 709 Azərbaycan, 3103 Türkiyə, 3518 Rusiya, 1862 Ukrayna və 2808 Ermənistan vətəndaşı daxildir. Vətənlərinə göndərilməsi planlaşdırılan ən çox miqrant Latın Amerikası ölkələrinin - Honduras, Qvatemala, Meksika və El Salvadorun payına düşür.
Xatırladaq ki, ABŞ-nin yeni Prezidenti Donald Tramp hələ seçkiqabağı kampaniya dönəmində ölkəsində miqrantlara qarşı tədbirləri sərtləşdirəcəyini açıqlamışdı. “Bloomberg” Trampın hakimiyyəti dönəmində 11 milyona yaxın xarici ölkə vətəndaşının ABŞ-dən deportasiya ediləcəyini yazmışdı.
Bundan əlavə, deportasiya olunmalı olan qeyri-qanuni miqrantların bir hissəsinin ABŞ-ın Kubadakı həbsxanası olan Quantanamo həbsxanasına göndəriləcəyi bildirilir. Hansı ki, Quantanmo terror ittihamı ilə saxlanılan şəxslərin göndərildiyi həbsxana hesab olunur. Bura obrazlı şəkildə ABŞ-ın “işgəncə bazası” da deyilir.
ABŞ-dan deportasiya olunan azərbaycanlıların aqibəti görəsən necə olacaq? Onları da Quantanamaya göndərəcəklər?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, söhbət terror təşkilatları ilə bağlı adamlardan gedirsə, belələrinin Quantanama həbsxanasına göndəriləcəyi entimalı böyükdür:
“Trampın gəlişilə bağlı ABŞ-da qalıb-qalmamaq imkanları ilə əlaqədar yeni dalğa baş qaldırıb. Nəticədə ABŞ cəmiyyətində hazırda böyük narazılıq dalğası yaranıb. Təsadüfi deyil ki, son günlər Trampın populyarlıq reytinqi ciddi şəkildə aşağı düşməyə başlayıb. Tramp faktiki olaraq Amerika dövlətinin təşkilində mühüm rol oynayan azadlığın hər şeydən üstün olduğu barədə fundamental prinsipə qarşı gedir. Bununla da bir çoxlarının hiddədinə səbəb olur.
Trampı ən çox qayğılandıran miqrantlar Latın Amerikası ölkələrindən gələnlərdir. Hansı ki, onların əksəriyyəti ABŞ-da qeyri-qanuni yaşayır. O cümlədən ola bilsin Azərbaycandan gedənlərin də bir çoxları tələb olunan sənədləşmə işlərini düzgün tərtib etməyib, qeyri-qanuni üsullardan istifadə ediblər. Prosesdə gərəkdir ki, tam şəffaflıq olsun.
Amerika qanunvericiliyi də üzərinə düşən məsuliyyəti dərk edərək qərar verməlidir.
Elə şəxslər var ki, onların bu və ya digər ölkədən çıxmaq səbəbləri hardasa Amerika dövlətinin prinsiplərinə uyğundur və onlarla bağlı heç bir şübhə yoxdur. Amma Tramp adminstrasiyası “nənəm mənə kor deyib, gələn-gedəni vur deyib” prinsipilə hərəkət etsə, Anerika cəmiyyətində ciddi narazılıqlar yaranacaq. Hansı ki, bu heç Trampın özünə də lazım olan hal olmayacaq.
Azərbaycandan çıxan vətəndaşlara gəldikdə, onların Amerikada getmələrinin nə ilə bağlı olduğunu bilmirəm. Müxtəlif səbəblərdən gedən insanlar var. Asiya, Afrika ölkələri və postsovet məkanından bir çox hallarda saxta sənədlərlə gedirlər ki, təki Amerikaya çatsınlar.
Onlar arasında siyasi fəaliyyətlə bağlı saxta arayışlar təqdim edənlər, cinsi azlıqlara mənsub olduqlarını iddia edənlər də var. Söhbət terror təşkilatları ilə bağlı adamlardan getmirsə, belələrinin Quantanamo düşərgəsinə göndəriləcəyi ehtimalı demək olar ki, yoxdur. Çünki Quantanama təcridxanasına yalnız terrorda ittiha edilənlər aparılır”.
Ekspert qeyd edir ki, onlarla hər hansı əlaqələri olanların taleyi barədə qərarı Hərbi Prokurorluq verir:
“Bütün hallarda bu məsələlər ABŞ qanunvericik bazası, hüquqi aktlar və demokratiya prosesinin kontekstilə bağlıdır. O baxımdan elə başa düşürəm ki, bir çox həllarda bu məsələlər fərdi qaydada nəzərdən keçiriləcək. Depotrasiyadan söhbət gedəcəksə, əlbəttə ki, buna da gedəcəklər. Bu yeni prosesdir. Amerika prosesual sistemin özündə də bəzi boşluqlar var ki, onlarla bağlı hələ qəti qərar yoxdur”.
Rüfət Sultan, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:353
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Fevral 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri