Icma.az
close
up
RU
Menu

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

ABŞ dan Güney Qafqazda müharibə anonsu

ABŞ dan Güney Qafqazda müharibə anonsu

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Vaşinqton Azərbaycanla Ermənistan arasında münaqişə üçün hələ də risk görür; nə qədər ki, sülh sazişi imzalanmayıb...

İstənilən yarımçıq sülhün, yaxud atəşkəsin alternativi müharibədir. Bu qaydanı hələ heç kim dəyişməyib. Əgər tərəflər arasında anlaşma bu və digər səbəbdən gecikirsə, arxayınlıq üçün əsas bir o qədər azalır. Azərbaycanla Ermənistan arasında müharibə çoxdan bitsə də, əfsus ki, sülh müqaviləsi hələ də imzalanmayıb. Motiv bəllidir. Azərbaycanla bağlı hər hansı səbəb yoxdur, qalmayıb. Necə deyərlər, “top” çoxdan Ermənistanın meydanındadır.

İrəvan isə vasitəçilərsiz-filansız sülh sənədini imzalamaq üçün yaranan unikal şansı düzgün qiymətləndirmək əvəzinə, yenə “nala-mıxa vurma” siyasətini davam etdirir, hansısa üçüncü dövlətə, gücə ümid bəsləyir. Qiymətli zaman isə gedir.

“Azərbaycanla bağlı əsas diqqətimiz bu ölkə ilə Ermənistan arasında sülhün əldə olunmasına yönəlib”. Bu sözləri ABŞ dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr komitəsi qarşısında ifadəsi zamanı deyib.

Amerika baş diplomatına görə, münaqişə üçün hələ də real risk mövcuddur və onlar bunun qarşısının alınması üçün çalışırlar.

Qeyd edək ki, Rubio dövlət katibi vəzifəsi ilə yanaşı, müvəqqəti olaraq Trampın milli təhlükəsizlik müşaviri vəzifəsini də icra edir. Bəs o, yuxarıdakı sözlərlə nəyə işarə edir və ya nəyin mesajını verir? ABŞ doğrudanmı yeni hərbi toqquşmadan narahatdır?   

Rusiya XİN başçısı Sergey Lavrovun son İrəvan səfəri göstərdi ki, Moskva bölgəyə iddialı şəkildə qayıtmağı hədəfə seçib. Bu qayıdış nə dərəcədə Kremlin istəyinə uyğun təmin ediləcək və yaxud Azərbaycanla Ermənistan arasında yeni toqquşma riskini artıracaq? Moskvanın geri dönüşü Bakı ilə İrəvan arasında sülh prosesinin xeyrinə olacaq, yoxsa?

“Ümumiyyətlə, bu gün qlobal məkanda hər keçən gün daha da gərginləşən proseslərin şahidi oluruq. Bu gərginləşmələr isə yerləşdiyimiz Cənubi Qafqaz regionundan da yan keçmir”.Bu fikirləri “Yeni Müsavat”a deputat Vüqar İskəndərov deyib. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülh sazişinin hələ də imzalanmaması region üçün narahatlıq doğurur: “O mənada ki, Ermənistanda biz yenə də revanşist fikirlər eşidirik. Digər tərəfdən ABŞ dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr komitəsi qarşısında ifadəsi zamanı ”Azərbaycanla bağlı əsas diqqətimiz bu ölkə ilə Ermənistan arasında sülhün əldə olunmasına yönəlib" deməsi, həmçinin münaqişə üçün hələ də real riskin mövcud olduğunu bildirməsi sıradan bir məsələ deyil".

Deputatın qənaətinə görə, son vaxtlar Rusiyanın regionda yenidən fəallaşması müşahidə edilir: “Təbii ki, bu fəallaşma da müəyyən narahatlıqlar da yaradır. Çünki Moskva bölgəyə qayıtmaq üçün Ermənistanda belə deyək, özünə tabe olan qüvvələri yenidən hərəkətə gətirə bilər. Bu qüvvələrin isə əsasən ”müharibə partiyası" qrupuna daxil olması, onların vaxtı ilə Azərbaycanın torpaqlarının işğalında iştirak etməsi diqqətdən qaçmamalıdır".AMİP Ali Məclisinin sədri Rəşad Bayramov isə Rusiya-Ermənistan yaxınlaşmasından və ABŞ-ın bölgəyə durmadan artan maraqlarından söz açıb: “Məlumdur ki, ABŞ dövlət katibi məlum bəyanatı, daim öz ermənipərəst mövqeyi ilə tanınan konqresmen Kristofer Smitin erməni maraqlarını önə çəkən və Azərbaycanı entik təmizləmədə ittiham edən sualına cavab olaraq səsləndirmişdi. Smitin məqsədi ABŞ-ın diqqətini yenidən bölgəyə cəlb etməkdən və Ermənistana dəstəyin davam edirməsinin vacibliyini önə çəkməkdən ibarət idi. Rubio isə ayrı-ayrı ölkələrlə ABŞ-ın milli maraqları əsasında münasibət qurulmasının və milli maraqlarla diplomatiya arasında tarazlıq qurulmasının vacibliyini bildirərək bir növ ABŞ-ın öz xarici siyasətinə bundan əvvəl olduğu kimi Ermənistan maraqları kontekstində yanaşmayacağını göstərmiş oldu”.

R.Bayramovun fikrincə, Rubionun Azərbaycan və Ermənistan arasında münaqişə riski ehtimalı ilə bağlı dediklərinə gəldikdə isə burada bir neçə məqsəd var: “Birincisi, ABŞ dövlət katibi bununla Azərbaycan və Ermənistan arasındakı münasibətləri diqqətdən kənarda qoymadıqlarını, tərəflərin sülh əldə etməsi üçün səy göstərdiklərini, yəni ABŞ-ın dünyada sülhə dəstək verdiyinin görüntüsünü yaratmağa cəhd etdi. İkinci bir tərəfdən isə regionun gələcəyini müəyyənləşdirəcək Azərbaycan və Ermənistan arasında danışıqlarda Birləşmiş Ştatların da rol almasını qabartmaq istədi”.

Onun bildirdiyinə görə, Ukrayna və Rusiya arasında sülhün əldə edilməməsi fonunda indi ABŞ üçün hər hansı bir istiqamətdə ölkələr arasında sülh sazişinə nail olmaq özünün imici baxımından önəmlidir: “Rubionun bu bəyanatı özündə həmçinin sülh olmayacaqsa müharibə ehtimalı hər zaman var mesajının çatdırılmasını da ehtiva edir və bu mənada həmin bəyanat daha çox sülh üçün lazım olan şərtlərin icrası istiqamətində addım atmayan Ermənistana yönəlik mesaj kimi də qəbul etmək olar.Başqa sözlə desək, Rubio müvafiq bəyanatları ilə bir tərəfdən konqressdəki erməni dəstəkçilərini sakitləşdirməyə və regiou diqqətdən kənarda qoymadıqlarını göstərməyə çalışdı, digər tərəfdən isə sülh üçün tərəflərlə işləyəcəyinin mesajını vermis oldu. Xüsusilə də indiki məqamda, yəni Ermənistan-Rusiya münasibətlərində istiləşmə fonunda ABŞ-ın bölgəyə diqqətini artıracağı şübhəsizdir. ABŞ və Rusiya arasında müəyyən yaxınlaşmanın müşahidə olunmasına baxmayaraq, Trampın Rusiyanın Ermənistanda daha da möhkəmlənməsinə seyrçi yanaşacağı inandırıcı deyil. Cənubi Qafqaz regionu ABŞ üçün bir sıra məsələlərə görə prioritet regionlardan biridir”.

Politoloq qeyd edib ki, birincisi, həm Azərbaycan, həm də Ermənistanın İranla həmsərhəd olması, ikincisi isə bölgəmizin Orta Asiya ilə Avropanı birləşdirən qapı olması əsas amillərdir: “Orta Asiyaya xüsusilə Çinin təsir imkanlarını zəiflətməyi hədəfləyən ABŞ-ın, təbii ki, bu maraqlar kontekstində bölgəyə diqqəti artıracağı şübhəsizdir. Mən hələ regionun təbiiehtiyatlarının ABŞ üçün nə dərəcədə cəlbedici olduğunu demirəm. Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında hər hansı formada iştirak isə ABŞ-a regin ölkələrinə təsir imkanı verə bilər. Rubio da öz mesajları ilə bu istiqamətdə fəaliyyət göstərəcəklərinin anonsunu vermiş oldu”. 

R.Bayramov hesab edir ki, Rusiya isə Ermənistanı kiminləsə bölüşmək niyyətində olmadığını sübut etməyə çalışır: “Lavrovun İrəvana səfəri, verilən bəyanatlar və əldə olunan razılaşmalar göstərdi ki, Moskva üçün bütün üzdə görünən fikir ayrılıqlarına baxmayaraq Cənubi Qafqazdakı əsas müttəfiq məhz Ermənistandır. Rusiya-Ermənistan münasibətlərindəki yaxınlaşma isə təbii ki, yaxşı heç nə vəd etmir. Keşmiş təcrübə bunu bariz olaraq sübut edir. Lavrovun ”Ermənistan Azərbaycanın yeddi rayonunu Rusiyadan verilən silahlar nəticəsində almışdı" bəyanatı da bu iki ölkənin yaxınlaşmasının bölgə üçün yaxşı nəticələr vəd etmədiyini sübut edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 May 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see358

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see357

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see345

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see273

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see242

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see242

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see231

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see226

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see224

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see218

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see192

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see189

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see176

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see175

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see170

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see169

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see166

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see162

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see161

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri