Icma.az
close
up
RU
“Rusiya Türkiyənin Güney Qafqazda mövqeyinin güclənməsilə hesablaşmalı olacaq...”

“Rusiya Türkiyənin Güney Qafqazda mövqeyinin güclənməsilə hesablaşmalı olacaq...”

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

“Böyük ehtimalla Rusiya Azırbaycanın Suriya ilə bağlı mövqeyindən narazı qaldı. Çünki hazırda Rusiya bu strateji Yaxın Şərq ölkəsindəki mövqelərini itirir, Türkiyənin oradakı mövqeləri isə, əksinə, getdikcə daha da möhkəmlənir, güclənir...”

“Cənubi Qafqaz uğrunda müxtəlif dairələr arasındakı mübarizə getdikcə gərginləşir.  Birləşmiş Ştatlar da regionda müxtəlif istiqamətlərdə fəallaşmağa çalışır.  Gürcüstanda və Ermənistanda gedən proseslər də göstərir ki, müəyyən kənar qüvvələr həmin ölkələrdə öz planlarını həyata keçirməyə çalışırlar. Belə bir şəraitdə Türkiyənin də Cənubi Qafqazda mövqeyi getdikcə güclənir. Bu dövlət bölgənin aparıcı dövləti olan Azərbaycanla qardaş, dost və müttəfiqdir”. 

Bu fikirləri Moderator.az əməkdaşının “Mediada Güney Qafqazda Ərdoğanla Putinin maraqlarının toqquşması haqda müxtəlif şərhlər yayılır. Siz bu haqda nə deyə bilərsiz?” sualını cavablandırarkən AzVP sədri Akif Nağı söyləyib.

“Və bu arada Azərbaycana Rusiya tərəfindən olan təzyiq və təhdidlər də təsadüfi deyil. Çünki əvvəlki birgə siyasi davranışlardan əlavə rəsmi Bakı Ankara ilə birgə Suriyada Bəşər Əsədin devrilərək Moskvaya sığınmasından sonra da öz mövqeyini açıq şəkildə ortalığa qoydu. Və böyük ehtimalla Rusiya Azırbaycanın Suriya ilə bağlı mövqeyindən narazı qaldı. Çünki hazırda Rusiya bu strateji Yaxın Şərq ölkəsindəki mövqelərini itirir, Türkiyənin oradakı mövqeləri isə, əksinə, getdikcə daha da möhkəmlənir, güclənir. Azərbaycan isə bu istiqamətdə Türkiyə ilə birgə addımlarını atmaqda davam edir”, -deyə davamında partiya sədri bildirib.

“Və son olaraq bir neçə gün bundan öncə də ölkəmizin rəhbərliyi bəyan etdi ki, yeni Suriya rəhbərliyi ilə əməkdaşlığı geniş şəkildə davam etdirməyə hazırdır. Hətta Azərbaycan prezidenti Suriyanın yeni, müvəqqəti prezidenti Əhməd əl-Şaraanı ölkəmizə səfərə dəvət etdi. Yeni Suriya hökuməti isə hələlik Türkiyədən başqa heç bir dövlətlə ciddi şəkildə əlaqələyə girmir. Prezident əş-Şaraa simvolik olaraq ilk səfərini Səudiyyə Ərəbistanına etdi, amma onlar əsasən Türkiyə ilə və belə görünür ki, həm də Azərbaycanla əlaqələr qurmağa çalışır. Bu da, təbii ki, Rusiyanı qıcıqlandırır. Yəni, Ukraynadan başqa planetin digər bütün regionlarından çıxmağa məcbur olan Rusiya Güney Qafqazda da mövqelərini itirməkdən ehtiyat edir.  Ona görə də qeyri-iradi Türkiyə ilə də bölgədəki bir sıra maraqları toqquşur. Türkiyə  rəhbərliyi isə Rusiyanın Azərbaycana qarşı son təhdidləri, xüsusən də ötən ilin dekabrında Qroznı səmasında sərnişin təyyarəmizin raketlə vurulmasından sonra yaranmış gərgin situasiyada birmənalı şəkildə Azərbaycanın yanında durmaqdadır. Və bu da Moskvanı hiddətləndirir. Yəni Rusiya küncə sıxılmış bir durumdadır və hər şeydən narazılığını bildirir. Və artıq Türkiyənin Cənubi Qafqazdan onu sıxışdırıb çıxarmağa başladığını aydın şəkildə görür ki, bu da şimal qonşumuzun əks-reaksiyasına, amma getdikcə zəifləyən reaksiyasına səbəb olur. Yəni böyük ehtimalla Rusiya sonda Türkiyənin regionda mövqeyinin güclənməsilə hesablaşmalı olacaq”, -deyə Akif Nağı vurğulayıb.  

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Fevral 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri