ABŞ dan Rusiyaya kəskin cavab: Trampın tələbləri olmasaydı...
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Federasiyası bu addımdan narahatdır. Lakin burada söhbət NATO-nun öz köklərinə – çəkindirici güc roluna qayıtmasından gedir.
Axar.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus Rusiyanın NATO-nun müdafiə xərclərinin kəskin artırılmasının Alyansın dağılmasına səbəb ola biləcəyi fikrinə münasibət bildirərkən deyib.
“Onların müdafiəni təmin etmək üzrə öhdəliklərində irəliləyiş təsirlidir və əlbəttə, biz NATO-nu tam dəstəkləyirik. Onun rolu Avropanın təhlükəsizliyi və sabitliyi üçün son dərəcə vacibdir. Məhz bu əsasdır – çəkindirici amil olmaq. Müdafiə sahəsinə yönəldilən bu cür xərclər bu məqsədə çatmağa kömək edir. Əlbəttə, bütün bunlar Prezident Donld Trampın israrlı mövqeyi və tələbləri olmasaydı, mümkün olmazdı, buna görə də bu dəyişikliklərə görə məmnunuq”, - Bryus qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 01 İyul 2025 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















