Bakıda keçirilən beynəlxalq konfrans və Qarabağ səfəri barədə Videoçarxlar
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
7–10 oktyabr tarixlərində Bakı Dialoqu çərçivəsində keçirilmiş, itkin düşmüş şəxslər məsələsinə həsr olunmuş IV Beynəlxalq Konfrans Azərbaycan və dünya mediasında geniş işıqlandırılıb.
“Qafqazinfo” xəbər verir ki, konfrans beynəlxalq dialoqun və əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı etimadın gücləndirilməsi, qabaqcıl təcrübə mübadiləsi, effektiv mexanizmlərin və həll yollarının inkişaf etdirilməsi baxımından mühüm platforma olub.
Konfrans çərçivəsində xarici iştirakçılar və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün Qarabağa xüsusi tanışlıq səfəri təşkil edilib. Səfər iştirakçılara itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, onların axtarışı, insan qalıqlarının aşkar edilməsi və ekshumasiyası istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən tədbirlərlə bilavasitə tanış olmaq imkanı yaradıb.
Səfər proqramı çərçivəsində iştirakçılar Xocalıda yerləşən muzeyi, Qarabağın tarixi və mədəniyyət abidələrini, görməli yerlərini ziyarət edib, bölgənin zəngin tarixi-mədəni irsi, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olublar.
Konfransın Bakı şəhərində keçirilmiş plenar iclasını, panel sessiyalarını və xüsusi tədbirini (side event) və Qarabağa təşkil edilmiş tanışlıq səfərinin əsas məqamlarını əks etdirən videoçarxlar təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 29 Noyabr 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















