ABŞ də 120 metr hündürlükdən yıxılan pişik sağ qalıb, sahibləri ölüblər
Icma.az, Oxu.az saytına istinadən bildirir.
ABŞ-nin Yuta ştatında inanılmaz hadisə baş verib. 12 yaşlı pişik Brays kanyonunda 120 metr hündürlükdən yıxılmasına baxmayaraq, sağ qala bilib. Lakin onun ehtimal olunan sahibləri - kişi və qadın bu faciəli hadisə zamanı həlak olublar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "USA Today" nəşri "Best Friends" heyvanların müdafiəsi təşkilatına istinadən məlumat verib.
Məlumata görə, ölənlərin cəsədləri kanyonun müşahidə qülləsinin dibində tapılıb. Onların yanında heyvan daşımaq üçün nəzərdə tutulan qəfəsdə pişik olub. Böyük yüksəkliyə baxmayaraq, heyvan sağ qalıb.
Pişiyin bir-iki qabırğası sınıb, iki dişi qırılıb, ancaq sərbəst şəkildə yeyib-içir. Baytarlar onun təxminən 12 yaşında olduğunu müəyyən ediblər. Onlar pişiyə yeni bir ad vermək qərarına gəliblər - Miraj.
Mirajı "Best Friends" himayəyə götürüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 02 May 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















