Icma.az
close
up
RU
Heç vaxt müasirliyini itirməyən ifa...

Heç vaxt müasirliyini itirməyən ifa...

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Faiq Ağayev- 54

Onunla həyatda cəmi bir dəfə üz-üzə gəlmişik. İllər öncə, Mir Şahin Ağayevin mərhum qardaşının yasında. Amma, televiziyadakı müsahibələrini, o cümlədən ifasını çox izləmişəm. Yalan danışa bilmərəm, olduqca gözəl səsi var. Bu səs estrada janrında Azərbaycanda nadir səslərdən biridir. Və inanıram ki, ifa etdiyi mahnılar heç vaxt müasirliyini itirməyəcək, gələcəkdə də sevilən ifalardan biri olacaq...

O, 1971-ci ilin dekabr ayının 29-da Bakıda, əslən Astaradan olan Balağa kişinin ailəsində dünyaya gəlib. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Səhnəyə isə 1988-ci ildə, 17 yaşında olarkən gəlib. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olub. Bu müsabiqədən sonra, "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də diplomant olaraq, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanıb. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager"- Mogilyov-96 Beynəlxalq müsabiqəsinin qalibi olub. 1996-cı ildən AzTv-nin solistidir. Həmçinin, 2012–2013-cü illərdə Dövlət Muğam Teatrının solisti kimi çalışıb. 1995-ci ildə müğənninin "Ola bilməz" adlı ilk albomu çıxıb. Bu albomdan sonra 1996-cı ildə çıxan "Səni əvəz eləmir", 1998-ci ildə çıxan "Vəfasızım", 2000-ci ildə buraxılan "Faiq Ağayev- Seçmələr", 2000-ci ildə çıxan "Minilliyin sonu…", 2004-cü ildə işıq üzü görən "Tam məxfi" və 2006-cı ildə dərc olunan "Faiq Agayev- Albom Kolleksiyası" albomları ilə müğənni öz diskoqrafiyasını davam etdirir. 1998-ci ildə üçgünlük "10 il Sizinlə" solo konsertinə, "İlin konserti" nominasiyasına, 1999-cu ildə isə "Dəşti" klipinə görə "İlin klipi" nominasiyasına görə Humay milli mükafatının sahibi olub. Həmçinin 1999-cu ildə o, "İlin müğənnisi" nominasiyasında "Grand" milli mükafatını qazanıb. 2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. Elə həmin il "İlin müğənnisi" nominasiyasında "Qızıl Mikrofon" milli mükafatını qazanıb. 2001-ci ildə isə "İlin müğənnisi", "İlin albomu" və "İlin konserti" nominasiyalarında "Grand" milli mükafatının sahibi olub. 2008-ci ildən xalq artistidir...

Xarakteri cəngavər xarakteridir. Nəzakətli, hörmətcil, ifrat dərəcədə prinsipialdır. Ona inanmaq, etibar etmək olar. Heç vaxt dostlarını satmır və heç zaman aldatmağa çalışmır. İnsanlara çox etibar ediyindən tez inanan və sülhsevərdir. Dostu az olsa da, fəqət dostluğu ömrüboyu qoruyub saxlaya bilir. Necə deyərlər, dost yolunda böyük qurbanlar verməyə qabildir. Çox diqqətlidir, xüsusən xoşuna gələn adamlara qarşı bunu daha çox nümayiş etdirir...

Deyir ki:- “Əslində mən həkim olmalı idim. Tibb Universitetinə daxil olmuşdum, özü
də məhz cərrah olacaqdım. Sonra bu fikrimdən yayındım. Amma yenə də təbibliyimdə qalmışam. Həkimlər bədənləri xəstəlikdən xilas edirlərsə, mən insanların əzilmiş ruhlarının müalicəsinə kömək edirəm...”

Hədiyyə verməyi və kiçik şənliklər düzəltməyi xoşlayır. Necə deyərlər, diribaşdır, lakin davakarlıqla işi yoxdur. Haqlı olsa da mübahisədən qaçmaq üçün hər cür güzəştlərə hazırdır. Özünü həmişə vicdanlı və əməksevər insan kimi göstərir. Həssaslığı sayəsində məşğul olduğu incəsənət növündə həmişə uğur qazana bilir. Maddi nöqteyi-nəzərdən onun dolanışığı heç zaman pis ola bilməz, dolanmaq üçün nə lazımdırsa, özü onu tapır. Bunun üçün böyük səy göstərməsinə ehtiyac yoxdur. Ondan sui-istifadə edənlər də var. Son dərəcə səmimidir, bu səmimiliyi ilə o, bütün şübhələri tamamilə aradan qaldıra bilir, necə deyərlər, əleyhdarlarının əl-qolunu bağlayır. Həqiqətpərəsdir, ancaq son dərəcə zəruri hallarda yalan danışır. Ağıllı olsa da, zərrə qədər hiyləgərliyi yoxdur. Çox ciddidir və nadir hallarda güzəştə gedir. Dediklərinə həmişə inanır və sözünü sübuta yetirmək üçün dəlillərə söykənməyi bacarır...

“Hüquqi dövlətdə yaşayırıq, burada hər şey qanunlarla tənzimlənir. Yaradıcılıq azadlığı var. Kimlərsə bayağı oxusalar da, mahnıları qadağan edilmir. Əslində, bunu media, televiziya və radiolar həll etməlidir. Məsələn, bayağı oxuyanları dəvət etməməlidirlər. Əlbəttə, anlayıram, xeyli reytinq gətirir, amma mümkün olan tək mübarizə yolu budur.”- söyləyir.

Şən adamdır, kübar davranışı var. Özünü ağayanə aparmağı bacarır. Nadir hallarda danışır, amma bəzən necə deyərlər, ürəyini boşaltmayınca susmur. İntellektualdır. Biliyə, öyrənməyə güclü həvəsi var. Fərqinə varmadan çoxlu mütaliə edir. Materialistdir, gözəl yaşamaq onun arzusudur. Mülayim görkəminə aldanmayın, bunun arxasında böyük iradə və hətta ötkəmlik gizlənir...

Deyir ki:- “Mən ümumiləşdirmənin əleyhinəyəm. Bir qisim insanın kimdənsə xoşu gəlmirsə, bu, o demək deyil ki, hamı ona qarşıdır. Elmi araşdırmalara görə, okeanda ən səs-küylü canlı krevetkadır. Kiməsə haqsız olaraq irad bildirənlər mənimçün okeanda səs salan krevetkalardır. İnsanların çoxu məlumatsızdır, adamları tanımadan, bilmədən, nə gəldi, necə gəldi danışırlar. Adicə bir xəbər çıxır, başlığı oxuyurlar, məqalənin içindəkilərinə baxmadan söyürlər, lağ edirlər. Məsələn, xəbər çıxıb ki, “Faiq Ağayevə sərt qadağa: Toyu tam oxumayacaq”. Girib, məqaləni oxumayacaqlar ki, bu qadağanın səbəbi nədir, niyə belə edir Faiq Ağayev? Əslində, indi məclislərdə ancaq yarım saat oxuyuram. Çünki irimiqyaslı layihəyə hazırlaşıram, səsimi qorumalıyam...”

Bəli, bu dəfə sizə xalq artisti Faiq Ağayev haqqında danışıram. O, şöhrətpərəst kimi görünsə də, qarşısına nə kimi vəzifələr və məqsədlər qoyursa, öz borcunu var qüvvəsi ilə yerinə yetirir. Daxili qüvvəsi böyükdür və heç kəs ona qarşı durmaq iqtidarında deyil. Hər hansı qərar qəbul etdikdə, heç kim onu dayandıra bilməz. Lakin bir qərar qəbul etməzdən əvvəl o, xeyli ölçüb-biçəcək- belə təsir oyana bilər ki, guya tərəddüd edir və nə istədiyini bilmir. O isə, nə etməli olduğunu əla bilir, sadəcə çətinliklərdən qaçmaq üçün uzun müddət fikirləşməli olur...

“Mən rus bölməsini bitirmişəm, məktəb, universitet zamanı Azərbaycan dilində olan ədəbiyyata maraq göstərməmişəm. Ancaq 25 yaşdan sonra oxumuşam onları. Ordubadidən tutmuş Ramiz Rövşənə, Anara, Cəlil Cavanşirə, Qan Turalıya, rus dilində yazan Nərminə Məmmədzadəyə qədər. Bu gün əsasən xoşuma gələn müəlliflərin yazılarını sosial şəbəkələrdən oxuyuram. Bir az pis səslənsə də, üzdə olanları oxuyuram. Amma şadam ki, yeni format yaranıb ədəbiyyatda. Qəbul etdiklərim və etmədiklərim var.”- söyləyir.
Xülasə, XXI əsrin bitməsinə hələ 75 il zaman qalır. XX əsrin öz böyük sənətkarları olduğu kimi, yəqin ki, XXI əsrin də öz mahir ifaçıları olacaq. İnanıram ki, bu sırada xalq artisti Faiq Ağayevin də adı hallanacaq. Kim onu bir insan kimi necə qəbul edirsə qoy etsin, özü bilər. Mən isə xalq artisti Faiq Ağayevin ifasını sevə-sevə izləyirəm...

Deyir ki:- “Mən “Xalq artisti” adını “xalqın artisti” kimi qəbul edirəm. “Əsl sənətkar əlçatmaz olar” fikrini qəbul etmirəm. Bir dəfə kimsə demişdi ki, həyətə çıxmıram ki, birdən məni görərlər. Mən əzəldən mağazaya da gedirəm, kiçikmiqyaslı salonlarda da çıxış edirəm. Mənim üçün hər yer səhnədir- Rusiyada çıxış etdiyim 45 min yerlik Olimpiya stadionu da, Bakıda 50 nəfərlik məclis də. Bu mənada əlçatan olmağa çalışıram. “Facebook” dostlarımın ad günü olanda təbrik edirəm. Sosial şəbəkələr sənətkarın insanlara yaxınlaşması üçün xidmət göstərir. Doğrudur, səhnədə olanda mənə çox adam yaxınlaşa bilmir, amma mən hər kəsin yanındayam...”

Dekabrın 29-u Faiq Ağayevin növbəti ad günüdür. Bu dəfə xalq artistinin 54 yaşı tamam olur. Həm yeni yaşı və həm də təzə ilin gəlişi münasibətilə onu təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram...

Hörmətlə, Elman Eldaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 27 Dekabr 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna müharibəsi Rusiyanın təsirlərini zəiflətdi

09 İyun 2026 14:11see292

ABŞ və İran razılaşa biləcək? ŞƏRH

09 İyun 2026 18:31see288

Tramp: ABŞ ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

10 İyun 2026 00:06see217

Şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib

09 İyun 2026 16:43see214

İrana hücumların təkrarlanması ciddi iqtisadi problemlərə səbəb olardı Tramp

10 İyun 2026 00:43see211

Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır

10 İyun 2026 12:19see198

Hansı tərəfimiz üzərində yatmalıyıq?

10 İyun 2026 04:43see183

Ürək üçün ən faydalı 10 QİDA

10 İyun 2026 04:05see180

Evdəki gizli təhlükə: Tozsoranla bağlı bilinməyənlər...

10 İyun 2026 03:03see180

U 21 qırğızlarla bacarmadı

09 İyun 2026 21:09see173

ABŞ nin nüvə aviadaşıyıcısında hərbçi güllələnərək öldürüldü

09 İyun 2026 18:03see171

“Liverpul” Konatenin yerinə dörd müdafiəçini nəzərdən keçirir

10 İyun 2026 05:17see169

“Qəbələ” legionerini göndərdi

09 İyun 2026 22:07see167

Aİ səfirləri Rusiyaya qarşı 21 ci sanksiya paketini müzakirə etməyə başlayacaqlar

10 İyun 2026 03:09see166

İran Trampın hədəsinə CAVAB VERDİ

10 İyun 2026 00:41see166

Daha bir klub Asensioya “elçi düşdü”

09 İyun 2026 20:07see164

Bu məkanlar BŞİH dən alındı

10 İyun 2026 21:24see164

Vens: ABŞ İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

10 İyun 2026 05:02see162

Şamaxı millimizin müdafiəçisini transfer etdi RƏSMİ

10 İyun 2026 21:22see160

Tusk: Zelenskinin bəzi açıqlamaları məni qəzəbləndirir

10 İyun 2026 05:50see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri