Icma.az
close
up
RU
ABŞ də razılaşma yeni gərginlik ehtimalını məhv etdi ŞƏRH

ABŞ də razılaşma yeni gərginlik ehtimalını məhv etdi ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Azərbaycan qələbəsini həm hərbi, həm də siyasi səviyyədə möhkəmləndirdi


Polkovnik Cəlil Xəlilov: “Prezident İlham Əliyevin hərbi qələbəsi siyasi səviyyədə tamamlandı” 

Avqustun 8-də Ağ Evdə, ABŞ-nin təşəbbüsü və vasitəçiliyi ilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması, eləcə də Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması sülhə gedən yolda mühüm tarixi hadisədir. Tərəflər bununla yalnız sülhə deyil, bütövlükdə regionun yeni inkişaf mərhələsinə qədəm qoymasına imza atdıqlarını göstərdilər. Vaşinqton görüşündə iki xalq arasında qarşılıqlı anlaşma, birgə əməkdaşlıq, təhlükəsizlik və rifahın təmin olunması üçün möhkəm təməl atıldı. Qalib tərəf olmağına rəğmən, daim sülh və əməkdaşlığın tərəfdarı olan ölkəmiz tərəflər arasında etimadın möhkəmləndirilməsi, siyasi-iqtisadi münasibətlərin qurulması, ticarət əlaqələrinin genişləndirilməsi üçün əməkdaşlığa hər zaman hazır olduğunu bəyan etdi. Bu baxımdan, bu tarixi sənəd regionun sabit və çiçəklənən gələcəyi naminə davamlı sülhə, qarşılıqlı etimada və uzunmüddətli əməkdaşlığa doğru atılmış mühüm addımdır. Başqa sözlə, Birgə Bəyannamə mövcud postmüharibə dövründə Cənubi Qafqaz regionunun mürəkkəb geosiyasi reallıqları fonunda Sülh sazişinə aparan və konkret yol xəritəsini özündə ehtiva edən önəmli sənəddir. Əlbəttə, hadisələrin bu mərhələyə gəlib çatması heç də asan və təsadüfi olmayıb. İllərlə davam edən münaqişədən sonra əldə edilmiş bu uğur, əlbəttə ki, Prezident İlham Əliyevin istər 44 günlük Vətən müharibəsi, istərsə də birgünlük antiterror tədbirləri zamanı döyüş meydanında Ali Baş Komandan kimi qazandığı parlaq Zəfərin məntiqi davamı olaraq, diplomatiya sahəsində göstərdiyi qətiyyətli və uzaqgörən siyasətin, sarsılmaz liderliyin yekun nəticəsidir. Prezident İlham Əliyev Azərbaycan əsgərinin döyüş meydanında qazandığı parlaq Zəfəri diplomatik sferaya - danışıqlar masasına daşıyaraq rəsmiləşdirdi. Qlobal güclərə qələbədən sülhə keçidin yeni reallığını qəbul etdirməyi bacardı, beynəlxalq münasibətlərdə ölkəmizin mövqeyini möhkəmləndirdi. Prezident İlham Əliyevin Vaşinqtona səfəri yalnız regionda davamlı sülh və sabitliyin bərqərar olması baxımından deyil. Həm də Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişafı üçün böyük tarixi əhəmiyyət daşıyır. 


Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov "Sherg.az"a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin 2020-ci ildə əldə etdiyi hərbi Qələbəni 8 avqust tarixindəki siyasi zəfərlə uğurla başa çatdırması qürurvericidir. Polkovnik vurğulayıb ki, prezidentimizin 8 avqust zəfəri Ordumuzun 8 Noyabr qələbəsinin məntiqi sonluğu, şanlı yekunudur: 

"2020-ci ildə başlayan və elə həmin ildə də başa çatan 44 günlük Vətən müharibəsi erməni faşizminin hərbi müstəvidəki varlığına ölümcül zərbə vurdu. İşğaldakı torpaqlarımızın qısa zamanda azad edilməsi ilə nəticələndi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən bu tarixi zəfər Cənubi Qafqazda yeni status-kvonun formalaşmasına, Azərbaycanın regional hərbi liderliyinin möhkəmlənməsinə səbəb oldu. Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması isə 8 Noyabr zəfərinin siyasi müstəvidə davamı və yekunu oldu. Azərbaycan 8 avqust zəfəri ilə sübut etdi ki, o, hərbi müstəvidə əldə etdiyi qələbəni siyasi müstəvidə uğurla davam etdirmək və müvəffəqiyyətlə başa vurmaq qüdrətinə malikdir. Bu Zəfər sübut etdi ki, ölkəmizin hərbi-iqtisadi potensialı kimi siyasi potensialı da olduqca böyükdür. Rəsmi Bakı başlatdığı istənilən siyasi prosesi öz məntiqi sonluğuna çatdırmağı bacarır. Bu qələbə həm də Prezident İlham Əliyevin, onun diplomatik dühasının və liderlik qabiliyyətinin nə qədər böyük və zəngin olduğunu, bütün dünyada sonsuz heyranlıq və ehtiramla qarşılandığını bir daha təsdiq etdi".


C.Xəlilov əlavə edib ki, 8 avqust razılaşması Azərbaycanın diplomatik uğuru olmaqla yanaşı, həm də bütün regionda sülhün və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyətə malikdir: 

"Bu razılaşma bölgədə yeni gərginlik ehtimalını ortadan qaldırdı. Bununla yanaşı, Cənubi Qafqaz regionunda gərginlik yaratmaq və bu gərginlik fonunda öz məkirli məqsədlərini həyata keçirməyə çalışan bütün qlobal güclər üçün də sarsıdıcı zərbə oldu. Bütün veteranlar adından xalqımızı bu tarixi zəfərə görə təbrik edir, hər bir azərbaycanlını bundan sonra da dövlətimizin, Prezidentimizin ətrafında sıx birləşməyə çağırıram. İnanıram ki, 8 avqust zəfəri bütün Cənubi Qafqazda sülhün və tərəqqinin inkişafına təkan verəcək, region xalqlarına əmin-amanlıq və səadət bəxş edəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Avqust 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri