Icma.az
close
up
RU
ABŞ də şatdaun davam edir: Senat büdcəni qəbul edə bilmədi

ABŞ də şatdaun davam edir: Senat büdcəni qəbul edə bilmədi

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ hökumət büdcəsinin Senatda qəbul edilməsi ilə bağlı növbəti cəhd Demokratlar səbəbindən uğursuzluğa düçar olub.

Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə ABŞ Respublikaçılar Partiyasının mətbuat xidməti öz "X" hesabında məlumat verib.

"Demokratlar immiqrantların tibbi sığortası ilə əlaqədar hökumətin fəaliyyətinin dayandırılmasının (şatdaun) davam etməsi lehinə 11-ci dəfə səs verdilər" , - deyə məlumatda bildirilib.

Yuxarı palatada səsvermənin nəticələrinə görə, büdcə layihəsi tələb olunan 60 səsi toplaya bilməyib.

Xatırladaq ki, oktyabrın 1-də ABŞ-də yeni maliyyə ili başlayıb və Konqres hələ də hökumət büdcəsini təsdiq etməyib. Nəticədə bir sıra qurumlar fəaliyyətini dayandırıb.

ABŞ federal hökumətinin qismən bağlanması (şatdaun) maliyyə çatışmazlığı səbəbindən oktyabrın 1-də yerli vaxtla gecəyarısında (Bakı vaxtı ilə saat 8:00) başlayıb. Bu, Konqresdəki hakim Respublikaçı və müxalif Demokratik partiyalarının nümayəndələrinin səhiyyə də daxil olmaqla, xərclərin bəzi maddələri üzrə razılığa gələ bilməməsi səbəbindən baş verib və onlar hələ də razılıq əldə edə bilmirlər. Demokratlar və Respublikaçılar şatdauna görə bir-birini ittiham edirlər.

Qeyd edək ki, son 50 il ərzində ABŞ-də 20-dən çox şatdaun baş verib. Ən uzun müddətə bağlanma rekordu isə Donald Trampın ilk prezidentlik dövründə 35 gün olaraq qeydə alınıb. Maliyyə naziri Skott Bessent bildirib ki, şatdaunun hər günü ABŞ iqtisadiyyatına 15 milyard dollara başa gəlir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri