ABŞ də yeni şatdaun təhlükəsi: İmmiqrasiya islahatı büdcəni dalana dirədi
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-ni yeni şatdau (federal hökumət qurumlarının işinin dayandırılması) təhlükəsi gözləyə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "USA TODAY" nəşri məlumat yayıb.
Qeyd olunub ki, ABŞ Konqresinin Daxili Təhlükəsizlik Nazirliyi üçün büdcəni razılaşdırmağa və hökumət strukturlarının fəaliyyətinin növbəti dəfə dayandırılmasının qarşısını almağa çalışdığı bir vaxtda narahatlıq artmaqdadır.
Qanunvericilər fevralın 13-ü gecəyarısına qədər zəruri tədbirlər görməsələr, daxili təhlükəsizliyə cavabdeh olan qurum fəaliyyətini qismən dayandırmaq məcburiyyətində qalacaq. Bu isə sərhədlərin mühafizəsi və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında həlledici rol oynayan agentliklərin işində ciddi ləngimələrə səbəb olacaq.
Vəziyyət Gömrük və Sərhəd Mühafizəsi, Fövqəladə Hallar Agentliyi, həmçinin Nəqliyyat Təhlükəsizliyi İdarəsi kimi mühüm strukturlara təsir edəcək.
Konqresin Nümayəndələr Palatası İmmiqrasiya və Gömrük Polisi (ICE) tərəfindən orderlərin verilməsi reqlamentinin sərtləşdirilməsini tələb edir. Demokratlar Partiyasının nümayəndələri bu orqanda islahatların aparılmasına çağırırlar. Respublikaçı senatorlar isə kompromis əldə etmək şanslarının son dərəcə az olduğunu bəyan edirlər.
Xatırladaq ki, 2025-ci ildə ABŞ-də "şatdaun" 43 gün davam edərək ölkə tarixində fəaliyyətin ən uzunmüddətli dayanması kimi qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 13 Fevral 2026 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















