ABŞ də silahlı insident olub 9 nəfər ölüb
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-nin Pensilvaniya ştatının Eri şəhərində baş verən atışma nəticəsində 9 nəfər ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Bildirilib ki, ölənlər arasında iki uşaq və hamilə qadın da var.
“Hadisə oktyabrın 9-da, cümə günü axşam saatlarında Perri küçəsində yerləşən yaşayış evlərindən birində baş verib.
Polis atışma barədə yerli vaxtla saat 17:00 radələrində məlumat alıb. Hadisə şahidləri silahlı şəxsin əvvəlcə küçədə atəş açdığını, daha sonra isə binaya daxil olduğunu bildiriblər.
Hadisə yerinə gələn polis əməkdaşları binanın qarşısındakı ərazidə iki qadının meyitini aşkar ediblər. Digər qurbanların meyitləri isə binanın daxilində tapılıb”, - telekanalın məlumatında deyilir.
Qeyd olunub ki, polis əməkdaşları ilə silahlı şəxs arasında atışma olub və daha sonra bir neçə nəfərin, o cümlədən şübhəlinin özünün meyiti aşkar edilib.
İlkin məlumata görə, şübhəli şəxs intihar edib.
Həlak olanların şəxsiyyəti və cinayətin motivi hələlik müəyyən edilməyib. Polis kütləvi qətlin başvermə şəraiti ilə bağlı araşdırmanı davam etdirir.
Bu mövzuda digər xəbərlər:Türkiyədə silahlı insident olub, iki nəfər ölüb
02 Oktyabr 2026 22:38
Kafedə silahlı insident: yeddi nəfər ölüb
01 Yanvar 2025 23:05
Şəhərdə silahlı insident; 3 nəfər ölüb
03 Dekabr 2024 23:37
Almaniyada silahlı insident: iki nəfər ölüb
06 İyul 2026 14:51
ABŞ də universitetdə silahlı insident: iki nəfər ölüb, doqquz yaralı var
14 Dekabr 2025 09:58
Baxış sayı:90
Bu xəbər 10 Oktyabr 2026 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















