ABŞ də tutuquşu qatilin tapılmasına kömək edib
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
ABŞ-ın Miçiqan ştatında danışan bir tutuquşu polisin qatilin izinə düşməsinə kömək edib. Quş eyni ifadəni dəfələrlə təkrarlayırdı və bu da istintaq üçün əsas ipucu olub.
Milli.Az-ın məlumatına görə, bu barədə Mirror nəşri yazıb.
Polis Martin və Qlenna Düramın evinə gəldikdə, kişinin bədənində beş güllə yarası ilə ölü vəziyyətdə, qadını isə güllə yarası almış halda aşkar edib. Ev sahibəsi hələ sağ idi. O, baş verənlər barədə heç nə bilmədiyini bildirib və atəş açanı görmədiyini israrla deyib.
İstintaq dalana dirənmişdi. Ta ki, müstəntiqlər evdə yaşayan Afrika boz tutuquşusuna diqqət yetirənədək. Bad adlı quş davamlı olaraq mərhum sahibinin səsi ilə "Atma" ifadəsini təkrarlayırdı. Öldürülən kişinin keçmiş həyat yoldaşı və valideynləri Badın cinayət gecəsi deyilən sözləri təkrarlaya biləcəyini ehtimal ediblər.
Daha sonra hüquq-mühafizə orqanları qadın tərəfindən yazılmış bir neçə vida məktubu tapıblar. Həmçinin məlum olub ki, cütlük maddi çətinliklər yaşayırmış.
Nəticədə detektivlər qadının ərini öldürdüyü və daha sonra özünə qəsd etməyə cəhd göstərdiyi qənaətinə gəliblər. Qlenna birinci dərəcəli qətldə təqsirli bilinib və ömürlük həbs cəzasına məhkum edilib.
Ayxan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 10 Fevral 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















